General-polkovnikin 165 hektarlıq bağ evi - FOTO

23-06-2020, 00:03           
General-polkovnikin 165 hektarlıq bağ evi - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evi üzə çıxıb.

Bu barədə Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir məlumat yayıb.

O yazıb: "Bura general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evidir. DSX sədri o qədər vətənpərvərdir ki, bağından birbaşa süni yaratdığı, Xəzər dənizi formasında olan gölə çıxışı var. Bakının Novxanı qəsəbəsindəki bu malikanədən İlham Əliyevin əsla xəbəri yoxdur. Mənim isə 3600 km uzaqlıqda olmağıma baxmayaraq xəbərim var. Görməyibsə, maksimum paylaşaq, görsünlər, tanısınlar, bilsinlər".

Dövlət Sərhəd Xidməti jurnalistin iddiasını nə təsdiq, nə təkzib edib./arqument.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru