Neftçala Qaz İstismar idarəsi rayonun qazlaşdırmaya ayrılmış büdcə pullarını hara xərcləyib (FOTOLAR)

14-01-2016, 16:41           
Neftçala Qaz İstismar idarəsi rayonun qazlaşdırmaya ayrılmış büdcə pullarını hara xərcləyib (FOTOLAR)
Neftçala Qaz İstismar idarəsində yaşanan xoşa gəlməz hallarla bağlı redaksiyamıza daxil olan məlumatlarla bağlı Uluyol.info xəbər portalı olaraq problemi yerində araşdırmağa çalışdıq.

Neftçala rayonu Mirqurbanlı yaşayış məntəqəsi qaz xətləri çəkilərkən layihədə yer almasına baxmayaraq,bura qaz xətləri çəkilməyib.Yerli sakinlərin bildirdiyinə görə ölkə üzrə ilk qaz abonenti olan yaşayış yerlərindən olan Mirqurbanlı uzun illərdir odun sobasının ümidinə qalıb.Artıq Mirqurbanlıda yaşamaq mümkünsüz hala gəlib.Xatırladaq ki,bu ərazilər düzənliklərdən ibarətdir və burada yandırmaq üçün odun belə tapılmır.Qışın soyuğunda körpəsi,qocası olan ailələr çətin duruma düşüblər.
Reportajımıızı hazırlayarkən bir neçə qapıda qıfıl gördük.Sakinlərin bildirdiyinə görə :"ailələr qış ayları köçür və yayda yenidən qayıdırlar.Qonşu kəndlərə qaz xətləri çəkilərkən Mirqurbanlıda layihədə var idi və qaz borularında gətirib məktəbin həyətinə boşaltdılar.Bir həftə keçmədi ki,gördük nə qaz boruları var,nədə ki,briqada.Hansı ki,qaz xəttinin çəkilməsi üçün ölçmələr,asfaltdan keçirilməsi üçün yerə də baxmışdılar,di gəl ki,birdən yoxa çıxdılar.Adiyyatı qrumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq məsələ həllin tapmayıb.Problemlə bağlı yazmadığımız ünvan,döymədiyimiz qapı qalmayıb,amma səsimizə səs verən yoxdur".
Qışın soyuğunda hər həyətdə balta səsi,hər bacadan çıxan tüstünün şahidi olduq.

Sadalanan problemlərlə bağlı Azəriqaz İ.B.Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə şöbəsinə yollandıq.Jurnalist olduğumuzu bilib ,idarədən bildirdilər ki,göstəriş verilib ki,"jurnalist qəbul etməsinlər".Buda dövlət büdcəsindən maliyyələşən idarənin dövlət qanunlarana sayqısızlığı.
Xatırladaq ki,KİVHQ-dan çıxarış ,maddə 8-də göstərilir: "Dövlət orqanlarının,bələdiyyələrin,idarələrin və s. müəssisə və təşkilatların vəzifəli şəxslərin fəaliyyəti haqqında məlumat almaq hüququna malikdir.Tələb olunan informasiyanı adları çəkilən orqan,təşkilat və s. -İdarə rəhbərləri,onların müavinləri və digər səlahiyyətli şəxslər verə bilər".















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.