"FedEx Azərbaijan" 7 tələbənin, 7 gəncin yuxusuz gecələrdə çəkdiyi əziyyəti bir çırpıda yerə vurub ." - İTTİHAM/FOTO
29-07-2020, 16:47

Teref.az xəbər verir ki, Cabir Kəngərli şikayətində yazır:
Şikayətim FedEx Azərbaijandandır.
Sizin məsuliyyətsizliyiniz ucbatından hal-hazırda son 1 ildə çəkdiyim bütün əziyyət yerə dəydi. Bir şirkət olaraq təhvil alınan sənədləri yolda itirmək nə deməkdir? 1 yox 2 yox həm də 7 tələbənin. 7 gələcəyi silirsiz hal-hazırda, 7 ailənin günahını öz üzərinizə götürürsüz, 7 gəncin yuxusuz gecələrdə çəkdiyi əziyyəti bir çırpıda yerə vurursuz. Bu qədər asandır bu işlər? Əməkdaşınız şirkətin sənədlərimizi itirdiyini qəbul etməyib yalandan universitetə yazmaq istəyir ki, pandemiya və hava şəraitinə görə gecikmə baş verir. Niyə bir şirkət olaraq rəsmi quruma yalan danışmağa çalışırsız? Tələbə yoldaşımız Nihad orda olmasa idi elə də göndərəcəkdiniz maili hamının adından.
Daha sonra Cabir Kəngərli davam edir, əməkdaşlarınız bu problemi 23 iyuldan indiyədək bildiyi halda bizə yalnız bu gün xəbər verir. Bu necə məsuliyyətsizlikdir? Hətta bizə şirkət əməkdaşları bildirir ki, sizə geri ödəniş etməyəcəyik və belə bir öhdəliyimiz yoxdur sizə qarşı. Budur sizin göstərdiyiniz xidmət? O tələbələrin arasında atası ön cəbhədə hal-hazırda vuruşanı var, budur sizin dövlətinizin dayağında gecə-gündüz duran zabitə, əsgərə, hərbçiyə olan hörmətiniz?
Teref.az xəbər verir ki, daha sonra Cabir Kəngərli yazır, sizdən bu məsələ ilə bağlı ən operativ yenilikləri gözləyirəm və tələb edirəm ki, həm pulumuz qaytarılsın, həm də universitetə şirkət adından rəsmi mail göndərilsin ki, yolda itən sənədlərlə bağlı tam məhsuliyyət daşıyırsız və tələbələrin sənədləri yenidən göndərməsinə əlavə vaxt verilsin.
P.S Teref.az qeyd edir ki, Cabir bəy sonra qeyd edib:
Jabir Kangarli UPDATE:
Şirkətin direktoru Şaiq bəylə görüşdük. Bizə bildirdi ki, tələbələr adından şirkət email göndərib universitetə. Bundan əlavə Silkway şirkəti də mail yazacaq universitetə. Bizə təklif olundu ki, yenidən pulsuz şəkildə sənədləri hazır olanlar göndərsin onlarla. Bəzi tələbələr qəbul etsə də təbii ki, mən qəbul etmədim. Mənim adımdan da FedEx universitetə məktub yazacaq ki, etdikləri səhvə görə müştəri şirkətə inamını itirib və digər poçt vasitəsilə sənədlərini göndərir. Deadline uzadılması üçün belə bir məktub yazılacaq. Məsələnin yekununda universitet qərarına əsasən hərəkət edəcəyik. Hər bir halda, diplomun əsli itən və universitetlər bağlı olduğu üçün sənədləri hazır olmayan tələbə yoldaşlarımız hələ də var. Bunun üçün isə təklif etdilər ki, universitet rektorları ilə əlaqə saxlanılacaq sənədlərin alınması üçün.
Teref.az
