Asif Ağayevə qarşı şok ittihamlar

29-04-2015, 12:32           
Asif Ağayevə qarşı şok ittihamlar
Vertikal.az-a Şamaxı ziyalıları adından şok ittihamlarla zəngin bir müraciət göndərilib. Həmin məqaləni diqqətinizə təqdim edirik. Deyilir: "Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev həbs təhlükəsi ilə üzbəüz qalaraq özünü xəstəliyə vuraraq vəziyyətdən çıxış yolu axtarır.Buna səbəb Asif Ağayevin hansısa tabeliyində olan işçisindən 30 min dollar məbləğində rüşvət alması səbəb olub.Həmin şəxs Asif Ağayevdən verdiyi pulu geri istəyərək rayonda vəziyyəti dahada ağırlaşdırıb.Asif Ağayevin rayonda yarıtmaz iş fəaliyyəti bütün rayon ictimaiiyətinə çox gözəl məlumdur.Özünü rüşvət ampluasından kənar nümayiş etdirən cənab Ağayev demə gizlincə şəxsi mənafe güdərək küllü miqdarda vəsait əldə edib.
Azərbaycanın qədim dövlətçilik və mədəniyyət mərkəzi olan Şamaxı tariximizdə silinməz izlər qoyan dahi şəxsiyyətlər məkanıdır. Əsrlərlə Şirvanşahlar dövlətinin paytaxtı olan, Şərqin ən abad və inkişaf etmiş şəhərləri sırasında yer alan Şamaxı dəfələrlə dağıdıcı zəlzələlərin qurbanı olsa da ayaqda durmağı bacarıb, yenidən qurularaq öz əvvəlki şan-şöhrətinə sahiblənib. Lakin, bu gün tarixin ölməz səhifələrinə şahidlik etmiş bu qədim diyar başqa bir “zəlzələnin” qurbanına çevrilib. Şamaxı korrupsiyanın və rüşvətxorluğun taladığı, torpaqları məmurlar tərəfindən həraca çıxarılan bir rayon statusuna sahiblənib. İcra başçısı Asif Ağayevin “neft qoxulu” siyasəti rayon iqtisadiyyatını bərbad duruma salıb, insanlar sosial problemlər girdabında boğulurlar.
Son illər dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün büdcədən milyonlarla vəsait ayrılıb. Bu sahədə dinamik inkişafı təmin etmək üçün xüsusi dövlət proqramları qəbul edilib. Ölkənin mühüm kənd təsərrüfatı mərkəzlərindən olan, zəngin turizm imkanlarına malik Şamaxının müasir tələblərə cavab verən iqtisadiyyata, sosial inkişafına nail olması üçün də iri məbləğli ayırmalar olub. Lakin, Şamaxının “sürətli inkişafı” bir neçə mərkəzi küçədən ibarətdir. Şəhərin mərkəzi küçəsi və İcra Hakimiyyətinin yerləşdiyi əraziləri çıxsaq Şamaxının digər küçələri “müharibə şəraitini” xatırladır. Şəhərin ara yollarında hərəkət mümkünsüzdür, yağış, qar yağanda isə hərəkət etmək imkansız olur. Şamaxının bir neçə küçəsindən başqa digərləri ucqar dağ kəndinin yollarını xatırladır. Sakinlər bildirirlər ki, sovetlərdən qalmış köhnə yollar daha abırlı idi, onu da söküb xarabazara çevirdilər. İllər keçsə də, bu “abadlıq-quruculuq” işləri yekunlaşmaq bilmir. Görəsən dövlət tərəfindən ayrılan milyonlar bir yana, yerli sahibkarlardan yağmalanan “abadlıq pulları” hara sərf olunub ki, Şamaxı zəlzələdən sonrakı şəhər təəssüratı yaradır.
2013-cü ildə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı postunu Asif Məmmədovdan qəbul edən Asif Ağayevin rəhbərliyi dövründə rayonda hökm sürən problemlər daha da dərinləşib. A. Ağayev hakimiyyətinin Şamaxıda törətdiyi “zəlzələ”nin vurduğu yaralar yəqin ki, hələ illərlə sağalmayacaq. Şamaxıda görülən bütün işlərdə əksər hallarda onun və qismən də Asif Ağayevin çətiri altında olan şirkətlər “tender qalibləri” olurlar. Məhz bu “tarixi anlaşma”nın nəticəsidir ki, milyonlarla vəsait havaya sovrulsa da, Şamaxının abadlıq arzuları kağız üzərində qalmaqdadır. Bir neçə mərkəzi küçədə aparılan kosmetik işlər isə yerli iş adamlarının vəsaiti hesabına baş tutub".

İddia olunanlarla bağlı qarşı tərəfin də münasibətini yaymağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.