İrandan nüvə danışıqları ilə bağlı açıqlama...

12-05-2025, 08:08           
İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
Omanda nüvə proqramı üzrə birbaşa olmayan növbəti ABŞ-İran danışıqları çətin, lakin tərəflərin mövqelərini anlamaq üçün faydalı idi.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai X-də yazıb.

"İran və ABŞ arasında birbaşa olmayan danışıqların dördüncü raundu tamamlandı. Bir-birinin mövqelərini daha yaxşı başa düşmək və fikir ayrılıqlarını həll etmək üçün ağlabatan və real yollar tapmaq üçün çətin, lakin faydalı danışıqlar oldu", - o qeyd edib.

Qeyd edək ki, Omanda İran-ABŞ nüvə danışıqlarının dördüncü raundu başa çatıb.
Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru