Klinakada uşaq ölümünü gizlədən vicdansızlar....

22-01-2016, 17:18           
Klinakada uşaq ölümünü gizlədən vicdansızlar....
teref.az olaraq 21 yanvarda"Report" saytının yaydığı məlumata əsasən ""Briz-L" klinikasında gözdən əməliyyat olunan uşaq öldü" məlumatı yayımlamışdıq. M\lumatı hazırlayarkən yaydığımız məlumatı dəqiqləşdirmək üçün "Briz-L" göz klinikasına telefon açdıq və telefonçudan bvir məsul şəxslə bizi calaşdırmağı xahiş etdik.
Bizə cavab verən Təranə xanım adlı bir xanım, bizim bu yalan məlumatı hardan aldığımızı və belə yalan məlumatları yaymağın mətbuatın ayıbı olduğunu deyərək bizi həqiqətən utandırdı.
Doğrusu mətbuatda hərdən belə səhv məlumatlar getdiyinin şahidi olduğumuz üçün Təranə xanımın sözlərinə inanaraq mə\lumatımmıza klinikanın cavabını da əlavə etdik.
Amma sən demə belə deyilmiş. Bu gün insan daha doğrusu uşaq həyatını klinikann işgüzar imicindən aşağı tutuan bu xanım sadəcə bizi aldadırmış. Belə bəsit və bir ana , bir qadın üçün utanc verici......
Elektron medianı izləyərək öyrəndik ki, sən demə bu klinikanın şərəfini qorumaq missiyasını üzərinə götürmüş xanım nəinki bizi bütün Azərbaycan mediasına yalan söyləmişdir.
Axırıncı dəfə teref.aznun baş redaktoru olaraq bu xanımdan nəyə görə belə etdiyni soruşanda, onun cavabı çox qəribə oldu
(əslin nə qadın, nə anaya yaraşmayan)
_-Mənimdə işdə rəhbərim var!
Deməli hörmətli millətim bu gün rəhbərliyin əmri ilə hər şeyə göz yuman və hər bir cinayəti gizlədən bir vətəndaş zümrəsi yetirmişik. Xüsusəndə bu bizim səhiyyə sistemimizə aiddir. Əgər müdüriyyət əmr eləsə hər bir cinayəti gizləyəcək qədər mənəviyyatsız olmalısan ki, bu zümrəyə aidiyyatlığın təsdiqlənsin!!!!!
Bəli hörmətli oxucularımız ələd etdiymiz məlumata görə isə:
Həmin gün “Brizol” göz klinikasında “hər iki gözün daxili müştərək çəpliyi” diaqnozu ilə gətirilmiş 2010-cu il təvəllüdlü Yusif İbrahimovun üzərində həyata keçirilən “hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası” cərrahi əməliyyatından sonra səhhətinin pisləşməsi və ona göstərilən tibbi yardımlara baxmayaraq, orada ölməsi barədə rayon hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb
Hazırda ölüm hadisəsi ilə bağlı istintaq davam etdirilir.
teref.az olaraq sadəcə rəhmətə gedən uşağın valideynlərinə səbr diləyirik!
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.