1-ci qrup Qarabağ əlili prezidentə müraciət etdi: " Məmurlar özlərinələrinə mülklər yaradırlar, bizi dilənçi vəziyyətinə qoyurlar" VİDEO

24-01-2016, 17:43           

Mingəçevir şəhər 20 Yanvar küçəsi bina 18 mənzil 20 də
yaşayan I-ci qrup Qarabağ müharibəsi əlili Daşdəmirov Nizami
Seyidalı oğlu tərəfindən RegionXəbərləri.com-a müraciət daxil olub.Qarabağ qazisi Nizami Daşdəmirov Prezident İlham Əliyevə ,Mehriban Əliyevaya və digər vəzifəli şəxslərə şikayət ərizəsi ilə,həmçinin video çıxışla müraciət edir. Müraciəti olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Qarabağ qazilər birliyinin sədri cənab Etimad Əsədov
Surəti: Mingəçevir şəhər İcra Hakimiyyətinin 1-ci müavini cənab İlham İsmayılova
Mingəçevir şəhər 20 Yanvar küçəsi bina 18 mənzil 20 də
yaşayan I qrup Qarabağ müharibəsi əlili Daşdəmirov Nizami
Seyidalı oğlu tərəfindən
Şikayət Ərizəsi
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları,mən Daşdəmirov Nizami Seyidalı oğlu sizin dəyərli vaxtınızı almaq istəməzdim,amma məcburiyyət qarşısında qaldım.Torpaqlarımızın bütövlüyü uğrunda üzdəniraq ermənilərlə gedən döyüşlərdə hər 2 ayağımı oturacaqdan itirmişəm. Uzun illərdir yaralarım sağalmır.Hər ay Mingəçevir Şəhər Xəstəxanasında və Bakı şəhər Topçubaşov İnstitutunda müalicə götürürəm.Himayəmdə 4 nəfər ailə üzvüm var.Heç biri də işləmir.Azyaşlı övladım da var.Özüm təqaüd və pensiya ilə 300 manat alıram,çox çətinliklə dolanıram.Xüsusi qulluğa ehtiyacım var.Sizə təşəkkür edirəm ,mənə də avtomobil veriblər,lakin sizin verdiyiniz avtomobil qışda qarın,yağışın,yayda qızmar günəş altında qalıb yararsız hala düşür.Uşaqlar tərəfindən cızılır.Bu səbəbə görə mən Mingəçevir Şəhər İcra hakimiyyəti başçısına yazılı müraciət etdim ki,Prezidentimiz tərəfindən verilən avtomobil üçün qaraj yeri versinlər.Lakin başçını I müavini məktubda cavab verdi ki,qaraj üçün yer ayrılmayıb.Mən ikinci dəfə yazılı müraciət etdim ki,necə olur ki,hal hazırda şəhərdə 4 yerdə qaraj tikilir,hamısı da rəhbər işçilərindir,amma “Əlilliyin Reobilitasiyası və sosial müdafiəsi haqqinda”Azərbaycan Respublikasının 34 cü maddəsinin “Yerli icra hakimiyyəti orqanları dayaq hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə,habelə müharibə əlillərinə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər”tələbi ola ola mənə- Iqrup müharibə əlilinə Şəhər İcra Hakimiyyətinin I müavini İ.İsmayılov deyir ki,əlillər üçün şəhər ərazisində qaraj üçün yer ayrılması nəzərdə tutulmayıb.Ancaq ismayılov necə olur ki,aldığı maaşla 12 saylı uşaq bağçasının həyətinin yarısını zəbt edərək özünə villa tikdirib.Həmin bağçanın müdirəsi də Təhsil Nazirliyinə çoxlu sayda rəsmi şikayət edib.Mingəçevir şəhəri Bayraq abidəsinin yanında böyük ticarət obyekti tikir,”Günəşli” qəsəbəsində böyük villa tikdirib, Ü.Hacıbəyov 72 də evinin qarşısında böyük qaraj tikdirib,2 ədəd bahalı avtomobili var,Bakı şəhəri mərkəzdə 3 otaqlə evi var.Oğlunu Eldar Mahmudovun zamanında MTN ə işə düzəldib.Bu bəllidir ki, bunu necə edib.
2014 cü ilin noyabr ayında Fövqəladə Hallar Nazirliyinin I müavini Etibar Mirzəyevin qəbulunda oldum.Etibar Mirzəyev İsmayılovu dəvət edib tapşırdı ki,mənim məsələmi həll etsin.Lakin İsmayılov buna məhəl qoymadı.Bundan sonramart ayında Ismayılov Xalq qəzetində Anonim olaraq məni təhqir etdi.
Hazırda əldə etdiyimiz məlumata görə yeni tikilmiş qaçqın şəhərciyinə məktəb və uşaq bağçalarından qaçqınları köçürdükdən sonra həmin boşalmış yerlərə İsmayılovun adamları təklif edir ki,2000-2500 manat kim versə o ailəni həmin boşalmış otaqlara köçürəcəklər və əvəzində birinci olaraq onlara yeni tikiləcək binalarda mənzil verəcəklər.İsmayılov bir dəfə İcra Hakimiyyətindən işdən çıxarılmışdı,lakin bir neçə ildən sonra müəmmalı şəkildə I müavin kimi icra hakimiyyətinə qayıdıb.Cənab Prezident,siz yaxşı insansınız,lakin sizin şəhərimizdə olan nümayəndəniz sizin etimadınızı doğrultmur.Sizin rəhbərlik etdiyiniz dövrdə gözəl qanunlar qəbul olunub,ancaq bu qanunların icrasını İcra Hakimiyyətində olan bir qrup məmurlar icra etmirlər.Siz həmişə əlillərin və xüsusi ilə müharibə əlillərinin sosial problemlərinə diqqət və qayğı ilə yanaşırsınız.Buna görə də xahiş edirəm sizdən,yerli icra hakimiyyətinə tapşırıq verəiniz ki,Əlillərin sosial müdafiəsi haqqında qanunun 34 cü maddəsini icra etsinlər və mənə sizin verdiyiniz maşına qaraj yeri üçün sərəncam versinlər.Öncədən təşəkkürümü bildirirəm.
İmza: Daşdəmirov Nizami Seyidalı oğlu tel:050-616-51-50
[media=https://www.youtube.com/watch?v=k9uPFbs_iS8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.