Füzulidəki iğtişaşların təşkilatçısı Alı Alıyevin dostu olub: İcra başçısı cəzalandırılacaq

25-01-2016, 09:53           
Füzulidəki iğtişaşların təşkilatçısı Alı Alıyevin dostu olub: İcra başçısı cəzalandırılacaq
Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev karyerasının ən çətin anlarını yaşayır.

Bununlıa bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, yanvar ayının 12 və 13-də rayonda bahalaşma əleyhinə etiraz aksiyasının keçirilməsi icra başçısının “yuxarılar” qarşısındakı etimadını sıfıra endirib. Qeyd edək ki, həmin ərəfədə etiraz aksiyaları Füzuli ilə yanaşı bir sıra rayonlarda da müşahidə edildi. Lakin, aksiyaların baş tutduğu həmin rayonların heç birində gərginlik Füzuli rayonunda olduğu qədər müşahidə edilmədi. Məsələnin ən faciəvi tərəfi isə o oldu ki, sən demə, rayondakı iğtişaşların müəllifi elə icra başçısı Alı Alıyevin ən sadiq kadrlarından biri olan Şakir Hacıyev imiş.

Xatırladaq ki, Şakir Hacıyev əslən Füzulidən olsa da rayona aidiyyəti olmayıb. Həbs olunduğu günə qədər Şakir Hacıyevin rayonda qeydiyyatda olmadığını bildirən mənbəmiz belə bir şəxsin mühüm vəzifəyə təyinatının bağışlanmaz olduğunu bildirir: “Şakir Hacıyev heç Füzuli rayonunda da qeydiyyatda deyildi. Amma, hansı yollasa o bu rayonda yüksək vəzifə tutmağı bacarmışdı. Şakir Hacıyev keçmiş başçı Nəbi Muxtarovun adamı kimi tanınsa da indiki icra başçı Alı Alıyevlə də dostluq münasibətlərində olub. Düzdür, Alı Alıyev indi, Şakir Hacıyevin həbsindən sonra bunu danır, amma danılması mümkün olmayan bir fakt var ki, onu Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin etməzdi”.

İcra başçısının Şakir Hacıyevin həbs xəbərindən şok keçirdiyini iddia edən mənbəmiz Alı Alıyevin “sudan quru çıxmaq” üçün tez-tələsik Heydər Əliyev Mərkəzində fövqəladə toplantı keçirdiyini bildirir:

“Alı Alıyev rayon ağsaqqallarını, ziyalıları həmin toplantıya dəvət edərək hər kəsin qarşısında Şakir Hacıyevi “xəyanətkar” adlandırdı. Daha sonra isə çıxışçılar əvvəlcədən onlara verilmiş mətni tribunadan səsləndirərək Şakir Hacıyevi “yaş yuyub, quru sərdilər”. Amma icra başçısından soruşmaq lazımdır ki, xəyanətkar adlandırdığınız Şakir Hacıyevi bu vəzifəyə təyin edərkən onun keçmişini bilmirdinizmçi? Bilmirdinizsə yadınıza salmaq istəyirik ki, Şakir Hacıyev rayonda AXCP-nin kadrı kimi tanınıb, onun parlaması da məhz 1992-ci ilə təsadüf edib. Sonradan Nəbi Muxtarovla birləşərək rayonda küllü miqdarda yeyintilərə imza atıb. Alı Alıyev, bəs siz Şakir Hacıyevi hansı keyfiyyətlərinə görə mühüm vəzifəyə təyin etmişdiniz? Yaxşı maliyyə maxinatoru olduğuna görə, yoxsa, daha mühüm səbəbiniz vardı?”

Növbəti yazımızda isə aşağıdakı sualların cavablarını oxuya biləcəksiniz?
- Füzuli təhsil şöbəsinin keçmiş müdirəsi Almaz Həşimova bu postla vidalaşdıqdan sonra rayonda hansı məsul vəzifəni tutub?
- Alı Alıyev kimi aldatmaq istəyir və həbs olunan Şakir Hacıyevlə hansı ortaq əməliyyatları olub?
- İcra başçısının etiraz aksiyasından sonra rayonda tətbiq etdiyi qəribə qadağalar












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.