Rəqibləri Zakir Fərəcovu “zəif nöqtəsi”ndən vurur: MTN-çi yeznə və Sumqayıtda möhkəmlənən quda...

25-01-2016, 09:55           
Rəqibləri Zakir Fərəcovu “zəif nöqtəsi”ndən vurur: MTN-çi yeznə və Sumqayıtda möhkəmlənən quda...
Sumqayıt icra başçısı Zakir Fərəcovun bu posta təyin olunmasından çox qısa zaman keçsə də o şəhərdə özünə xeyli düşmən qazana bilib. Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Sumqayıtda onlarla obyektin “plana düşür” bəhanəsii ilə sökülməsi sahibkarların timsalında Zakir Fərəcova qarşı ciddi müxalifət yaradıb.

Fərəcovun gəlişindən sonra obyektləri qapadılan, sıxışdırılan sahibkarların asanlıqla geri çəkilmək niyyətində olmadığını vurğulayan mənbəmiz bununla bağlı yaxın günlərdə Prezident Adminstrasiyasına şikayət ərizəsinin göndəriləcəyini bildirir:

“Son günlərə qədər sahibkarlar icra başçısına qarşı “kölgədə dayanaraq” mübarizə aparırdısa, məlum söküntü qərarından sonra iş adamları özlərini gizlətməyə ehtiyac duymur. Odur ki, Prezident Adminstrasiyasına göndəriləcək şikayətdə Sumqayıt oliqasrxiyasını təşkil edən bir neçə şəxsin adına da rast gələ biləcəyik. Hər halda onlar da zəif personalar sayılmır və bu səbəbdən Zakir Fərəcovun problemlərlə qarşılaşacağı istisna deyil”.

Bu arada Zakir Fərəcovun öz ilə yanaşı onun yaxın qohumlarının da medianın gündəminə daşınması təsadüfi sayılmamalıdır. Savash.org-u bilgiləndirən qaynağımız iddia edir ki, bütün bunlar Zakir Fərəcovdan zərbə almış şəxslərin qisas planıdır.

Xatırladaq ki, bu yaxınlarda Zakir Fərəcovun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon idarəsinin rəisi vəzifəsində çalışan yeznəsi Pərvin Əsədov ciddi ittihamlara məruz qalmışdı. Həmin məlumatlara görə, Eldar Mahmudov Zakir Fərəcovun yeznəsini MTN-də işə götürərək ona yüksək vəzifə verib. İddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri də məhz icra başçısının yeznəsi Pərvin Əsədov olub.

Zakir Fərəcovun medianın diqqətini çəkən digər qohumu isə onun qudası, Sumqayıt şəhərində Şirvan qruplaşmasına başçılıq edən Akif Zeynalovdur. Yayılmış məlumatlarda iddia edilir ki, Zakir Fərəcovun qudası artıq Sumqayıtda kifayət qədər möhkəmlənə və bir neçə mühüm posta yaxınlarını yerləşdirə bilib. Məsələn, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Teymur Səmədov və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Rahim Mustafayevin adları bu sırada daha çox hallanır.

Bildirək ki, icra başçısının qudası Akif Zeynalov Maliyyə Nazirliyi Dövlət Maliəyyə Nəzarəti Xidməti 1 saylı Reginol Maliyyə Müfəttişliyinin rəisidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.