“Bee Gross” prezidentin tapşırığını saymır – FOTO

25-01-2016, 12:31           
“Bee Gross” prezidentin tapşırığını saymır – FOTO
Səməd Vurğun küçəsi 79A ünvanında yerləşən "Bee Gross” marketi qiymətləri ceyran belinə qaldırıb.

Şikayətçilərin VİZUAL.az-a verdiyi məlumata görə, məhsulun üzərindəki qiymətlə kassa qəbzi arasındakı qiymət ciddi şəkildə fərqlənir.
"Kassadakı satıcıdan soruşanda "mənlik deyil, belədir. Istəyirsən al, istəyirsən alma”, deyir. Nazirlik bu marketi yoxlasın, kasib alverçiləri yox”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında süni qiymət artımına qarşı ciddi tapşırıqlar verib.
Dövlət başçısı bildirib ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq:
"Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər.
Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru