Azərbaycanda “Las Veqas” quruldu - PULSƏPMƏ, ƏXLAQSIZLIQ, İÇKİLƏR - VİDEO 18+

27-01-2016, 02:37           

Bugünlərdə sosial mediada ciddi şəkildə tənqidə məruz qalan videoçarx paylaşılıb.

Ölkənin ən ağır dönəmində pul pul deməyən məmur övladları bir araya gələrək "Las-Veqas" qurublar. Kütləvi şəkildə əxlaqsızlığı, içkibazlığı, harınlığı təbliğ edən video cəmiyyətdə qıcıq yaradıb. Videonu paylaşan onlarla vətəndaş bunu ölkədə qəsdən qarışıqlıq yaratmaq, insanların çətin durumunda qıcıq yaratmaq və beləliklə siyasi sabitliyi pozmağa cəhd kimi qiymətləndiriblər.

teref.az yeniçağ.az-a istinadən yazır ki, insanlar sosial problemlərlə məşğul olarkən və ölkə bu böhrandan çıxış yolları axtararkən, bəzi şəxslər qəsdən Bakıda insanların əsəblərini tarıma çəkirlər.

Videodan da aydın görünür ki, Gənclər Bakıda keçirilən bu əyləncə zamanı bütün oyunlardan çıxırlar.

Göyə dollarlar səpilib, qumar oynanılıb, içkilər su kimi içilib.

[media=https://www.youtube.com/watch?v=5syUq0lOxJ4]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.