Bakı Maliyyə- İqtisad kollecində imtahan bazarı - ŞİKAYƏT

27-01-2016, 12:38           

teref.aznun poçtuna təhsildə problemlərlə bağlı çoxlu məktublar gəlir. Təhsildə əsas şikayət rüşvətlə bağlıdır. Bəzi təhsil müəsisələrində tələbənin bilik səviyyəsini, imtahanlara necə hazırlaşdığını yoxlamadan ucdan tutma kəsirlər ki, sonra onlardan pul yığsınlar. Belə bir şikayəti sizə tədim edirik:
Hörmətli teref.az kolleclər sırasında yəqin ki, Bakı Maliyyə- İqtisad kolleci liderliyi özündə saxlayır. Mühasibat uçotu 1-ci kurs tələbələri qrupla kəsilmişdir. Bu kollecdə kəsirin qiyməti 100azn və daha çox. Baxır danışığa. İmtahandan əvvəlki danışıq aşağı qiymətədir. İmtahandan əvvəl danışsan 50 azn. Sinifkom yığıb verəcək müəllimə və kəsirlər düzələcək!!
Şikayətçi sonra teref.azya sual verir:
Təhsil naziri niyə universitetlərə koleclərə,peşə yonümlü məktəblərə imtahan ərəfəsində bir baş çəkmək istəmir? Yoxsa təhsilin bu günkü səvüyyəsizliyi onu qane edir. Sağlam Gəncliyimizin intiharı sizin fəaliyyətsizliyinizdən olduğunu hələdə düşünmək istəmirsiniz.? Sız bilməlisiniz ki, səbəbi gülünc, iyrənc,ürəkbulandıran, açı həqiqət olan intiharların, səbəbi təhsilimizin bu günüdür. Rüşvətə köklənmiş təhsil və bu təhsil adlanan rüşvət qazanının içində qaynayan biçarə əlacsız biz valideynlərik. Övladlarımızın intiharının qarşısını almaq və onlardan tələb olunan təhsil rüşvətini vermək üçün daha hansı üsullara əl atmalıyıq?
Təhsil naziri siz bilməlisinizki Təhsi “neft” deyil, Təhsil “Gənclik” deməkdir.Gənclik isə Qeyri- neft sektorunun İnkişafı deməkdir. Gəncliyimizi məhv etməyin. Bunu Allah bağışlamaz.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.