«Lady Sharm» mağazalar şəbəkəsində saxta endirimlər

27-01-2016, 22:40           
«Lady Sharm» mağazalar şəbəkəsində saxta endirimlər
Mağaza rəhbərliyi qanundakı boşluqdan sui-istifadə edərək istehlakçıların hüquqlarını pozur Hazırda paytaxtın müxtəlif ərazilərində yerləşən geyim dükanlarının bir çoxunda üzərində 70%, 50%, hətta 80 % endirim yazılan lövhələrə rast gəlmək mümkündür. Maraqlandıqda isə məlum olur ki, bu endirim kampaniyaları əslində süni xarakter daşıyır. Belə ki, bu endirimlər heç də bütün məhsullara aid edilmir. Yalnız mövsümü bitmiş, yaxud keyfiyyət göstəriciləri aşağı olana tətbiq olunur. Vətəndaşlar məhz endirim yalanına inanıb həmin mağazalara üz tuturlar. Sonradan endirim şousunun yalan olduğunun fərqinə varırlar. Qeyd edək ki, reklam haqqında qanunda olan boşluqdan yararlanan bəzi sahibkarlar bundan sui-istifadə edərək süni endirimlərlə istehlakçıların hüquqlarını pozurlar. Bu sahədə nəzarət mexanizmləri və cəza tədbirləri zəif olduğu üçün sahibkarlar öz bildiklərini edirlər. Elə buna görədir ki, uzun illlər Azərbaycanda genişmiqyaslı endirim fırıldaqları aparılır və istehlakçılar açıq şəkildə aldadılır. Müvafiq qurumlar bu cür fırıldaqların qarşısını almaq üçün bir sıra tədbir görsələr də, bu əksər mağazalara şamil edilməyib. Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, geniş şəbəkəyə malik olan «Lady Sharm» mağazalarında alıcılar endirim adı altında aldadılırlar: «Şəhərin müxtəlif ərazilərində yerləşən «Lady Sharm» mağazalarında 30-70 faizlik endirimlər yalançı endirimlərdir. Alıcıların çoxu mağaza rəhbərliyinin malın qiymətini yüksək göstərib sonradan alıcı cəlb etmək üçün endirim təşkil etdiklərini bilmir. Dünya praktikasında 30 faizdən artıq endirim real sayılmır. Sözügedən mağazalar şəbəkəsində isə demək olar ki, hər ay müxtəlif mallara 70-80 faizlik endirim tətbiq olunur. Beləliklə də, mağaza rəhbərliyi istehlakçıları aldadır. «Lady Sharm»da endirimlər fırıldaq formada təşkil edilir. Bir məsələni də vacib qeyd etmək lazımdır ki, bu mağazalarda satılan paltarların əksəriyyətinin keyfiyyəti tələblərə cavab vermir. Bu cür geyimlər onkoloji xəstəliklərlə yanaşı müxtəlif problemlərin yaranmasına da yol açır. Sintetik parçalardan hazırlanan, kimyəvi maddələrlə zəngin boyalarla rənglənən geyimlər, keyfiyyətsiz ayaqqabı və aksessuarlar allergiyaya, müxtəlif xəstəliklərə səbəb olur. Ucuz çin geyimlərini alan şəxslərin dərilərində sonradan müxtəlif problemlər ortaya çıxır. Təəssüf ki, «Lady Sharm»a müraciət edən vətəndaşların çoxu bundan xəbərsizdir. Amma onlar bilməlidir ki, burda satılan paltarlar keyfiyyətsiz və endirimlər isə saxtadır». Hesab edirik ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları vaxt itirmədən «Lady Sharm» mağazalar şəbəkəsinin fəaliyyətini yoxlamalı, saxta endirim təklif edən və keyfiyyətsiz paltarlar satan mağazanın rəhbərliyini cəzalandırmalıdır.
Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.