Qobu bələdiyyəsinin keçmiş sədri 15 min dollar rüşvət alıb

28-01-2016, 10:13           

Yeni bələdiyyə sədri 50 yaşında ABU-ya daxil olub
Bələdiyyə sədrlərinin torpaq alveri ilə məşğul olması, bir torpaq sahəsini bir neçə nəfərə qanunsuz satması artıq adi hal alıb. Rüşvətxorluq və korrupsiya bələdiyyələrdə normaya çevrilib. Bu yolla külli miqdarda pul qazanan, sərvət toplayan bələddiyyə sədrləri o qədər harınlayıb ki, hətta şou əhli olan xanımlara bahalı avtomobil bağışlayır, onlara sponsorluq edirlər.
Milli Məclisdə bələdiyyələrlə bağlı məsələlərə baxan Arif Rəhimzadə çıxışlarının birində bildirimişdi ki, bələdiyyə üzvləriniun çoxunun ali təhsili yoxdur. Ali təhsilləri olmasa da bələdiyyə üzvlərinin çoxu yığdıqları haram pulla HACI titulu əldə ediblər. Belə hacılardan biri də Qobu bələdiyyəsinin keçmiş sədri Hacı Mübariz Bayramovdur.
Ağstafa şəhər polklinikasının həkimi Mahir Yusifov NUH.az-ın əməkdaşına bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən torpaq sahəsi almaq üçün 2009-cu ildə Hacı Mübarizə 15 min dollar pul vermişəm: “ Bələdiyyə sədri öz müavini Ənvər Əmiraslanova tapşırdı ki, buna məktəbin yanındakı sahədən 24 sot torpaq ver”.
Ancaq sonradan Mahir Yusifova çox uzaq bir yerdən yararsız torpaq sahəsi verilib. Zərərçəkən dəfələrlə dövlət orqanlarına şikayət etsə də heç bir faydası olmayıb. NUH.az-ın apardığı araşdırma zamanı bəlli oldu ki, sonuncu seçkilərdə hacı Mübarizi onun müavini hacı Ənvər Əmiraslanov əvəz edib. Araşdırma zamanı o da bəlli oldu ki, hacı Ənvər 50 yaşında Elşad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetinə daxil olub. Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.