Səlim Müslwmova müraciət: " Sizin təyin etdiyiniz kadr Kürdəmir rayon ƏSMM-ndə bazar açıb!"

28-01-2016, 11:30           
Səlim Müslwmova müraciət: " Sizin təyin etdiyiniz kadr Kürdəmir rayon ƏSMM-ndə bazar açıb!"
Redaksiyamıza müraciət edən Kürdəmir rayon sakini Rauf İsgəndərli Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova məktub ünvanlayıb. DİA.AZ olaraq narazı vətəndaşın nazirə ünvanladığı açıq məktubu olduğu kimi diqqətinizə təqdim edirik:

"Salam çox hörmətli nazir Səlim Müslümov
Cənab nazir Sizi Kurdemirden narahat edirem. Men bu elektron formada olan müraciəti müəyyən səbəblərdən yazma məcburiyyətində qaldim. Kürdəmir rayon ƏSMM-nə İlyas Mahmudov rəhbərlik etdiyi müddətdə hər şey gözəl idi. Heç kim o mərkəzdən narazı qalmırdı.
Amma indi nələr baş verir? Nələr dəyişir? Siz bura Asif Abdullayev adli səriştəsiz bir insanı təyin etməklə Kürdəmir rayon ƏSMM-də açıq bazar açıldı sözün əsl mənasinda. Ünvanlı Sosial Yardımı n təyin olunmasını Asif Abdullayev və müavini Mübarək Kərimov aparır. Xüsusən də A.Abdullayev öz xidəmti kabinentində vətəndaşla danışığa girərərək hər dolğun sənədə görə 1000 (min) manat məbləğində pul tələb edir. Və onun gəlişindən sonra ən acınacaqlı vəziyyətlərdən biri dəllaların (maklerlərin) kütləvi şəkldə idarəyə cəlb edilməsi oldu. Dəllallar isə baş məsləhətçi Nemət İsmayilov, Ramin Mürsəlov və Mübarək Kərimovla işləyir.
Günün hansı saatında içəriyə girsən necə deyərlər dəllallar əlindən tərpənmək olmur. Sanki özlərini idarənin məsul əməkdaşı kimi göstərirlər. Buyurub ne zaman istəsəniz öz əməkdaşlarinizi gönderib sadaladiğim vəziyyətlə yerində taniş ola bilərsiniz. Adlarin da sizə sadalayim: Kəmaləddin, Şahbaz, A dil, Abdurrazax, Abdul, Qeys, Mirtalıb, Elçin, Hümmət kimi tanınan dəllallar. ( bu dəllallarla başda Asif Abdullayev və Mübarək Kərimov olmaqla Ramin Mürsəlov, Nemət İsmayılov iş birliyi qurur.)Belə deyək, məsələn, Kürdəmirə bir ay ərzində ayrilan ünvanlı sosial yardim təyinatlarinin 90 faizi bu dəllallarin payina düşür. Ünvanlı sosial yardimin verilmesinde qanunvericiliyin bütün tələblri pozulur. Çünki sosial yardim qanunla yox bu Asif Abdullayevin müəyyən etdiyi 1000 (min) manat pul məbləğində təyin edilir.
Çox hörmətli, nazir ölkə prezidenti cənab İlham Əliyevin son günlər aztəminatlı ailələrə ayırdığı diqqəti nəzərə alaraq , Sizdən təcili olaraq Asif Abdullayev və Mübarək Kərimov barəsində tədbir görülməsini Sizdən xahiş edirik. Çünki Kürdəmir ƏSMM-də hər şey o şəxslərin diqtəsi ilə həll olunur.

Biz sadə vətəndaşlar həmişə Sizə inanmışıq və həmişə də sizin yaninizdayiq. Ümidvarıq ki, Siz bu müraciəti nəzərə alacaqsınız"...

Qarşı tərəfində fikirlrəini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.