Zakir Fərəcovun sahibkarlara "növbəti qayğısı": "Karvan" Ticarət Mərkəzi boşaldılır
28-01-2016, 13:36
Sumqayıtın məşhur ticarət mərkəzlərindən olan "Karvan" boşaldılır.
Adıçəkilən ticarət mərkəzində uzun illərdir ki, bizneslə məşğul olan və bəlli səbəblərdən adının çəkilməsini istəməyən sahibkarın Savash.org-a verdiyi məlumata görə, bu dəqiqələrdə "Karvan" Ticarət Mərkəzinin qarşısı qələbəlikdir. Həmin qələbəliyin səbəbi isə sahibkarların öz mallarını ticarət mərkəzindən daşımasıdır.
Sahibkarın dedikləri: "Neçə aylardır ki, vəziyyət kritikdir. Şəhərdə elə bir ab-hava yaradıblar ki, artıq işləmək mümkün deyil. Şəxsən mən bir neçə aydır ki, icarə haqqını öz cibimdən verirdim, qazanc isə demək olar ki, olmur. Ümid edirdik ki, vəziyyət düzələr, amma əksinə oldu. Eşitdiyimə görə, Sumqayıtın icra başçısı həm "Karvan", həm də digər ticarət mərkəzlərinin sahibləri ilə anlaşa bilmədiyindən, fəaliyyətimizə süni maneələr yaradılır. İcra başçısı ilə obyekt sahiblərinin bu çəkişməsindən isə biz əziyyət çəkirik. Artıq işləmək mümkün deyil və mən də daxil olmaqla yüzlərlə iş adamı buranı tərk etmək qərarına gəldik".
Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev icra başçılarına dönə-dönə sahibkarlara, iş adamlarına dəstək göstərməli olduqlarınlı xatırlatsa da bu kimi hallar müşahidə olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.