Sabirabadda mədəniyyət məsələsi... - ŞİKAYƏT VAR
28-01-2016, 13:42

Etiraf etmək lazımdır ki, bu gün bölgələrimizdə fəaliyyət göstərən bir çox rayon mədəniyyət və turizm şöbələrnə rəhbərlik edən kadrların heç də hamısı öz öhdələrinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əməd Ramazanovun öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Təqdim edilən açıqlamalarda iddia olunur ki, Əməd Ramazanov bu gün bütöv bir rayonun mədəniyyət ocaqlarının sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Vurğulanır ki, rayon ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Həmçinin məlumatlarda bildirilir ki, bölgədə bu sahənin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Əməd Ramazanov tərəfindən mənimsənilir. Xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, onların vasitəsilə Əməd Ramazanov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Əldə etdiyimiz məlumatlara görə, rayonun mədəniyyət şöbə müdiri bu işləri təkbaşına həyata keçirmir. Şöbənin yarıtmaz işi bu qurumun nəzdində fəaliyyət göstərən obyekt və müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına yol açmış olur. Təbii ki, əgər Mədəniyyət və Turizm şöbəsinin müdiri həmin müəssisələrin rəhbər vəzifələrinə təyinatları rüşvət müqabilində həyata keçirirsə, bu vəzifələri tutan şəxslərdən də öz vəzifə borclarının vicdanla icrasını tələb etmək çətin olacaq. Qeyd edək ki, hələ 2013-cü ildə Hesablama Palatası tərəfindən keçirilmiş təftiş nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində büdcə vəsaitlərinin külli-miqdarda mənimsənilməsi faktı aşkarlanmışdı.
Həmin vaxt Hesablama Palatasından mətbuata verilən məlumata əsasən, rayona ayrılan büdcə vəsaitlərinin 2013-cü il üzrə xərclənməsində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi, təyinatdan yayındırılması halları baş verib. Şöbənin xərc smetalarının tərtibi prossesində qanunvericiliyin tələbləri gözlənilməmiş, bəzi xərc maddələri üzrə vəsaitlər ümumiyyətlə icra olunmamış və ya icra faizi aşağı olmuş, bəzi hallarda işçilərə məzuniyyətdə olduqları dövr üçün, habelə əvəzçilik üzrə dərs saatlarına görə əmək haqlarının düzgün hesablanmaması və tarif dərəcəsinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilmiş, artıq ştat vahidləri saxlanılmış, artıq ezamiyyə xərci ödənilmiş, təmir və tkinti, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə bağlanmış əmək müqavilələri üzrə ödənilmiş əmək haqqından gəlir vergisi tutulmamışdır. Maraqlıdır ki, aşkar edilmiş pozuntu faktları barədə Hesablama Palatası Sabirabad Rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə məlumat versə də, nəticədə Əməd Ramazanovun cəzalandırılması istiqamətində heç bir tədbir görülməmişdir. Təbii ki, belə olan vəziyyətdə Sabirabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri də öz talançılıq fəaliyyətinə davam edəcəkdir. Bu günlərdə bizimdovr.az-a daxil olan məlumatda da bu iddia bir daha öz təsdiqini tapır. Bu xüsusda Sabirabaddan aldığımız açıqlamada deyilir: “Sabirabadda mədəniyyət sahəsi iflic olub. Nə mədəniyyət evləri, nə klublar, nə də ki kitabxanalar yox dərəcəsindədir. İşçilər də işə gəlmir. Deyirlər ki, aylıq maaşımızdan hər ay 30 manat Əhməd Ramazanova veririk, üstəlik xadimələrin də əvəzinə özümüz işləyirik. Mədəniyyət evlərində, kitabxanalarda xadimələr formaldır. Məsələn, adı Kürkəndi kitabxanasının xadiməsi yazılan qadın Əhməd un yaxın qohumudur. Bunun kimi, bütün obyektlərdə, kitabxana və klublarda işləyənlərin ya həyat yoldaşlarının, ya da yaxın qohumlarının adları ştat cədvəlinə xadimə kimi yazılıb. Onların maaşları isə, Əhməd Ramazanova çatır. Əməd Ramazanov Suqovuşan kəndindəndir. Həmin kənddə onun çörək müəssisəsində bişirilən çörəklərin də çəkisindən cammat hər zaman ciddi narazılıq edir. Harınlığın, özbaşınalığın dərəcəsinə baxın ki, kollektoru doldurub, üstündə kafe tikdirib. Son 4-5 ayda isə, ümumiyyətlə heç kimi vecinə almır. Prezident aparatından rayona kurator təyin edilən İbrahim Mustafayev onun yaxın qohumudur. İbrahim də rayona ancaq onun “Prado”sunda gəlir. Gəlir, çax-çuxunu edib, onunla da qayıdır. Prezidentimiz korupsiyaya qarşı mübarizə aparır, İbrahim Mustafayev isə, Əhməd Ramazanovla əlbir olub, xadimələrin maaşına göz dikir...”
Qarşı tərəfi də dinləməyə hazırıq.