Deputatın un firması fırıldaqdan imtina etdi və... - Real çəkini göstərdi...

28-01-2016, 18:38           

Bir neçə gün əvvəl məlumat verəırək bildirmişdik ki, deputat Əsabil Qasımova məxsus olan “Karat Holdinq” MMC tərəfindən satışa çıxarılan unun qiyməti endirilməsə də kisələrin çəkisi azaldılıb.

Halbuki, deputat mətbuata verdiyi açıqlamasında bunun əksini israr edirdi. Amma DİA.AZ olaraq bildirmişdik ki, satışa 50 kiloqramlıq adı altında çıxarılan un kisələrinin çəkisi ən yaxşı halda 45 kiloqram olur.

Deyəsən, deputat nəhayətdə satışa çıxardığı un kisəsinin real çəkisini göstərmək qərarına gəlib. Və artıq deputat əhalini aldatmır, dövlətin qəti müdaxiləsinə baxmayaraq, unu yenə də baha qiymətə satır, sadəcə olaraq kisələrin üzərində real çəkini göstərir və elə bir təəssürat yaranır ki, un sanki əvvəlki qiymətədir. Aradakı 5 kiloluq fərq isə təhtəlşüurlarda it-bat olub gedir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.