Böhran həbsləri başlayır: Sabirabad maliyyəsinin müdiri ilk hədəfdir - Gülüşovun gülüş vaxtı bitdi...

29-01-2016, 13:52           
Böhran həbsləri başlayır: Sabirabad maliyyəsinin müdiri ilk hədəfdir - Gülüşovun gülüş vaxtı bitdi...
Hökumətin bu böhran dövründə bir sıra məmurları cəzalandıracağı şübhəsiz idi. Yəni gözlənilirdi. Gözlənilirdi ki, bu günə kimi dövlət büdcəsinə xəyanət edən məmurlar cəzalandırılsın.

Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyaya görə, artıq ilk qurbanlardan biri hazırdır. Mənbə iddia edir ki, hazırda Sabirabad rayon maliyyə şöbəsinin fəaliyyəti ciddi şəkildə təftişolunur.

Mənbənin dia.az-a söylədikləri: "Sabirabad rayon maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov bu gün tam bir oliqarxdır, -desək yanılmarıq. Adam rayonda onlarla obyektin sahibidir. Nəyin hesabına? Təbii ki, Sabirabad rayonuna ayrılan dövlət pullarının... İndi isə Gülüşovun gülmə yox, hesabvermə zamanıdır. Yəni yediklərinin dövlətə izahatını vermək zorundadır".

Mənbə bildirir ki, birbaşa olaraq "yuxarıların" nəzarətində olan bu proses nəticəsində Gülüşovun illər ərzində 2 milyon manata yaxın büdcə vəsaitini şəxsən taladığı məlum olub. Mənbə sayta bildirir: "Bu, hələ tam olaraq ifşa olunan məbləğ deyil və "yuxarılar" ciddi təftiş işi həyata keçirirlər".

Qaynaq onu da bildirir ki, bu araşdırma bitincə Gülüşovun həbsi belə gündəmə gələ bilər.

Onu da qeyd edək ki, belə bir "geniş imkanlara" malik olan Sabirabad maliyyəsinin müdiri hər zaman qorunub. Belə ki, onun tələbə yoldaşlarından birinin hazırda mühüm vəzifə daşıdığı söylənilir və qeyd olunur ki, büdcə pullarını dədə malı kimi talayan Gülüşov də məhz tələbə yoldaşına güvənib.

Qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.