"Səfər Mehdiyevin aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri mütənasibliyidir ."- İDDİA

16-01-2021, 08:53           
"Səfər Mehdiyevin aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri mütənasibliyidir ."- İDDİA
Gömrük Komitəsinin ölkədə ən korrupsiyalaşmış, ən çox qanun pozuntularına yol verilən , əhalinin hüquqlarının ən çox pozulduğu qurumların başında gəldiyi artıq uzun illərdir heç kimdə şübhə doğurmur.
Səfər Mehdiyev nə qədər əmək haqqı alır ki, şəhərin müxtəlif ərazilərində onun obyektləri var? Qusarda, Şamaxıda, Bakının Şüvəlan qəsəbəsində, Naxçıvanda, Batabatda bağ evləri, Türkiyənin ən məşhur istirahət bölgələrindən olan Bodrumda böyük malikanəsi, Mərdəkanda , Badamdarda və dəniz kənarında villası.Bir neçə xarici ölkələrdə şirkətlər, ofşar hesablar.
Teref.az xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Hüseynli Hidayət Hüseyn şəbəkədə paylaşdığı şikayətində yazıb.
Daha sonra Hüseynli Hidayət Hüseyn yazır, DGK nin xəstəxanasının yaxınlığında,28 May metrostansiyasının yaxınlığında 100 kv sahəsi olan daşınmaz əmlak, Mətbuat prospektində ofis binası, supermarket, mərasim zalı, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, "Alimlərin binası" kimi tanınan binada da bir neçə mənzilə sahib idi. Sözügedən bina söküldü.
Səfər Mehdiyevin aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri mütənasibliyidir .
Xüsusi olaraq qeyd edim ki, Məsuliyyət hissini itirmiş öz mənliyinə və şərəfinə önəm verməyən, Tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, oturduğu kürsünün qədir- qiymətini bilməyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri S.Mehtiyevin əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində və yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilməlidir.Bunun üçün şikayət ərizəmdə kifayət qədər əsaslar var.
Hesab edirəm ki,S.Mehtiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2(Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) 192 (Qanunsuz sahibkarlıq) 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (Vəzifə səlahiyyətlərini aşma) 311Rüşvət alma( passiv rüşvətxorluq) 312 Rüşvət vermə (aktiv rüşvətxorluq) 274(Dövlətə xəyanət) 313(Səhlənkarlıq,yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirilməsi və ya lazımi qaydada yerinə yetirilməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda ) maddələri ilə başlanmalıdır.Cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparmalıdır.
Hüseynli Hidayət Hüseyn
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.