Qubanın İcra başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu - Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi ?

24-02-2021, 16:31           
Qubanın İcra başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu
Qubanın “asfaltyeyən” başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu- Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi
İki gün öncə Qubanın icra başçısı Ziyəddin Əliyevin DTX tərəfindən saxlanılması barədə sosial şəbəkədə xəbər yayıldı. Düzdür, sonra xəbər təsdiqini tapmadı.
Sözün düzü, bizim üçün kiminsə saxlanılması, həbs edilməsi maraqlı deyil. Bu günə qədər dəstə-dəstə icra başçısı həbs olunub. Nəsə dəyişibmi ?
Məsələ heç də həbsdə deyil…
Məsələ ondadır ki, uzun illər yol tikinti sahəsində, dövlət qurumlarında çalışan, yəni konkret miqdarda əmək haqqı alan Ziyəddin Əliyev Ukraynadakı 10 milyon dəyəri olan asfalt zavodunu hansı pulla alıb ?
Birincisi, söhbət hansısa jurnalistin uydurmasından getmir. Ortada Ukraynanın dövlət orqanlarında qeydiyyatdan keçmiş, nizamnamə kapitalı 8 milyon 999 min 425 dollar olan şirkətdən gedir. Bəli, Ziyəddin Əliyevin adına olan şirkət.
İkincisi, dövlət məmuru, icra başçısı olan Ziyəddin Əliyev necə bizneslə məşğul olur..?
Təsəvvür edirsiniz Ukraynada Lvov vilayətində, Nikolayev şəhərində Ziyəddin Əliyevə məxsus asfalt zavodunun açılışında Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev iştirak edir və xeyir-dua verir.
Bəzi məlumatlara görə, Ziyəddin Əliyev zavodu yaxın dostu Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovla şərik işlədir.
İkisi də Allah qoymasa yol çəkən, əslində “asfaltyeyən” məmurlar.
Bu dostların harada ortaq biznesləri yoxdur !
Avropada, Avstriyada, Vyana şəhərində, Çexiyada və digər ölkələrdə. Hamısındada ticarət, əmlak alqı-satqısı, servis və başqa sahələr.
Bütün bunlar azmış kimi Ziyəddin Əliyev təkcə ''asfaltyemir'', hətta koronavirusdan da pul qazanmağı bacarır.
Bu barədə gundelik-baku.com saytı olaraq bir neçə ay əvvəl yazmışdıq.
Qubada pandemiya dövründə hansı şirkətlərə fəaliyyət üçün icazə verməyi icra başçısı müəyyən edir və ayın axırında ''haqq-hesab'' çatır.
Bəli, belə məmurlar fəlakətdən, faciədən də pul qazanırlar.
İndi söz Azərbaycan hüquq-mühafizə orqanlarınındır.
Ortada ƏLAHƏZRƏT FAKT var ee, CƏNABLAR !
/gundelik-baku.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.