Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib... - İTTİHAM

9-03-2021, 09:29           
Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib... - İTTİHAM
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib. Bu iddia ilə bağlı davam edən qalmaqalın bəzi şok məqamları barədə saytımıza məlumatlar daxil olub.

Əldə etdyimiz məlumatları oxucuların diqqətinə çatdırmamışdan əvvəl xatırladaq ki, Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsəməsi barədə ilk olaraq müstəqil jurnalist Cəmil Məmmədli məlumat yayıb.

“Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra – mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”, – Cəmil Məmmədli bildirib.

Yeni məlumatlara gəlincə, bildirilir ki, Ziyəddin Əliyev nəinki kimlərinsə adını işə yazdırıb maaş kartını götürüb, hətta işdən çıxarılanların da kartlarını mənimsəyib. İcra başçısı onların işdən çıxarılmasını rəsmiləşdirməyib. Beləliklə, onların adına verilən əmək haqları özününküləşdirib.

Konkret olaraq vaxtilə Ziyəddin Əliyevin birinci müavini olmuş Allahverdi Xudaverdiyevin, daha sonra isə icra başçısının müavini Səidə Abasovanın katibəsi olmuş HACIYEVA XEYRƏNSƏ OSMAN QIZInın maaş kartı “dövriyyədədir”. O, 11.02.2019 qəbul olunduğu vəzifədən 06.05.2019-cu il tarixində ayrılsa da, hələ də Ziyəddin Əliyev tərəfindən maaş kartı istismar olunduğu, hər ay maaşının çıxarıldığı iddia olunur.

Xatırlatma:

Jurnalist Cəmil Məmmədli feysbuk profilindən 8 mart günü Ziyəddin Əliyev tərəfindən maaş kartları mənimsənilən xanımların siyahısı açıqlayıb.

Teref.az həmin siyahını təqdim edir:


//24saat.org//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.