Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ... - Seyidin cəddi olan kimi...

4-05-2021, 09:00           
Cavid Qurbanov kimi day-dayın varsa... KEF ELƏ... -

Aldığımız səhih bilgilərdə o da qeyd edilir ki, direktor texniki işçilərə münasibətdə də anarxiya mühiti qurub. Cari tədris ili də daxil, məktəbdə elə texniki işçilər var ki, məktəbə ayda-ildə bir dəfə də olsun gəlmirlər. Direktorun 60 yaşlı katibəsi isə əlillik pensiyası almaqla, özünün də etiraf etdiyi kimi adi latın əlifbasını belə bilmədən, yazmağı və bilgisayarı açmağı da bacarmadan havayıca maaş alır. Kollektivdə bir çoxu direktor Malik Mustafayevin hətta öz həyat yoldaşının da adını rəhbəri olduğu məktəbə işçi kimi yazdırmasını normal hal kimi qəbul etmir və bunu da bəlkə də haqlı əsaslarla yalnız maddi maraq adlandırırlar.

Sadalananlarla bağlı 58 saylı Kəlbəcər tam orta məktəbinin direktoru Malik Mustafayevdən açıqlama almaq üçün sözügedən məktəbdə də olduq. Lakin, direktor normal və mahiyyəti üzrə açıqlama vermək əvəzinə, "Demokratik.Az" saytına özünü Cavid Qurbanovun, Kəlbəcərin millətvəkili Aqil Məmmədovun və Kəlbəcərin icra başçısı Azər Qocayevin yaxını kimi təqdim edərək xüsusi şəkildə "XOX" gəlməyə çalışdı. Bərbad duruma saldığı tədrisdən yox, özünün güclü day-daylarından bəhs etdi. Cavid Qurbanovu və deputat Aqil Məmmədovu dəstəklədiyinə görə "toxunulmaz" olduğunu qabartdı. Təbii ki, inzibati qurumların özünə münasibəti dediyi məntiqlə üst-üstə düşsə də, şəxsimizə qarşı belə bir direktorun hədə-qorxu niyyəti qursağında qaldı.

Təəssüf edirik ki, ölkə təhsili hələ də hansısa "TOPAZ" azarkeşinin, gəncliyində 200 dollara görə öz dinini belə dəyişməyə qadir olan hansısa deputatın himayəsilə məktəblərə direktorluq edən Malik Mustafayev kimilərinin əlində girinc qalıb. Amma inanaq ki, islahatçı nazir Emin Əmrullayev bari bu girinci çözəcək...
Osman Nərimanoğlu
Demokratik.Az

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.