“Azərişıq” ASC nin Lənkəran məktəblərində "ölüm" məntəqələri - Lənkəranda məktəblilərin həyatı təhlükədədir FOTOFAKT

3-08-2021, 08:55           
“Azərişıq” ASC nin Lənkəran məktəblərində "ölüm" məntəqələri -
Bütün ölkə üzrə yeni tədris ilinə ciddi hazırlıq gedir.Yeni məktəblər tikilir,köhnələri təmir edilir.Dövlətimiz gənc nəslin sağlam şəkildə təhsil alması üçün hər növ qüvvə və vəsaitini əsirgəmir.
Quruculuq işləri Lənkəran rayonunda da gedir.Bildiyimiz kimi,hər bir məktəb ərazisində “Azərişıq” ASC nin transformator məntəqələri mövcuddur. Lənkəran EŞ-inin rəhbərliyi yeni tədris ilində bizim övladlarımızı gapıları olmayan,sökülmüş,ölümə səsləyən,texniki normalara uyğun olmayan transformator məntəqələri ilə salamlayacaqlar.

Teref.az xəbər verir ki, saytımızın poçtuna daxil olan məqalə belə başlayır.
Daha sonra müəllif yazır ki, artıq uzun illərdir ki, Lənkəran EŞ nin balansında olan bu transformator məntəqələrində narkomanlar yurd yuva salmışlar.TM lərin tikililəri qəzalı vəziyyətdədir.Qapı və pəncərələri yoxdur.Qapısı olan yerlərdə isə qıfıl əvəzi paslı məftillərdən istifadə olunub.

Bəzi yerlərdə köhnə dəmir çarpayıların dəmir torlarından gapı kimi istifadə olunub. Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumuiyyətlə olmayıb. Təbii olaraq çox maraqlıdır,bu işlər üçün ayrılan pullar hara və kimlərin ciblərinə gedib?
“Azərişıq” ASC rəhbərliyinin Lənkəranda baş verən bu biabırçılıqdan xəbərləri var mı? Maraqlıdır, “Azərişıq” ASC rəhbərliyinin “Cenub” RETSİ -yə və Lənkəran EŞ- ə yerləşdirdiyi kadrlarının bu yarıtmaz,cinayətkar əməllərindən xəbəri varmı?

Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəb.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru