AZƏRİŞIQ ASC-nin "mənşəyi bilinməyən" sayğacları problemlər yaradır

25-08-2021, 00:12           
AZƏRİŞIQ ASC-nin "mənşəyi bilinməyən" sayğacları problemlər yaradır
Azərişıq ASC-nin istehlakçılarına quraşdırdığı daxili istehsallı (əslində mənşəyi bilinməyən) smart tipli sayğacların yararlılığı və işlək qabiliyyəti barədə kütləvi narazılıqlar mövcuddur.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, qurumun “ASAN Kommunal” və ASAN xidmət mərkəzləri vasitəsilə qeydiyyata alınmış evlərə və qeyri yaşayış obyeklərinə hansısa ölkədən alınaraq Azərbaycanda yığılan smartkart saygacları quraşdırıldıqdan dərhal sonra ya sıradan çıxır, ya da yanaraq əriyir. Paytaxt Bakıda xüsusilə yay aylarında gərginlik axınının 220 kv-dan aşağı olması ilə sayğaclar kartı oxuya bilmir, kilidə düşərək abonentlərə süni əngəllər yaradır. Nəticədə, həm istehlakçıya, xüsusilə də Azərişıq ASC-nin büdcəsinə maddi ziyan dəyir.
Paytaxt sakinlərinin sözlərinə görə, sayğac quraşdırılarkən vətəndaşın tələbi və istəyi nəzərə alınsa da, texniki tələblər nəzərə alınmır. Belə ki, başbilənlər avadanlığın start götürərkən ikiqat enerji sərfiyyatını unudurlar. Məsələn, hesablanmış enerji 10 kvt-dirsə kart saygacının da beyni 10 kvt cərəyana uyğunlaşdırılır və saygacdan sonra 10 kvt-lıq qoruyucu ayrıc avtomat quraşdırılır, sayğac surğuclanır. Nəticədə, vətəndaş avadanlığını işə salarkən gərginlik az olmadığından sayğac sönür.
Bundan başqa, smartkart sayğacları 220 volt cərəyana hesablanıb və cərəyan 220-dən aşagı olduqda sayğac gərginlikdə çalışır və qızaraq yanır, ən yaxşı halda da sönür. Bu da vətəndaşlar üçün yeni kod açılışı, Azərişıq üçün də vətəndaşa yeni sayğac qoymaq öhdəliyi yaradır. Karta ödənilən pulun çox zaman sayğac tərəfindən tanınmaması kimi hallar da bu qəbildəndir.
Əldə etdiyimiz məlumata görə, bu kimi narazılıqlarda Azərişıq özü maraqlıdır. Çox hallarda vətəndaşların yararsız sayğaclarının elektron sayğacla əvəz edilməsində rüşvət və süründürməçilik halları da yetərincədir. Görünür ki, qurum bilərəkdən əvvəlcə kart sayğaclarını “işə keçirir”, ardınca da baş qaldıran problemlərdən öz xeyrinə yararlanaraq anbar və laboratoriyalarında olan digər tipli sayğacları dövriyyəyə buraxaraq pul qazanır. Yoxsa, dünya standartlarına cavab verməyən, istehsal mənşəyi açıqlanmayan sayğaclara bu qədər “aşiq” olmaq abonentlərinə stabil 220 vt-luq gərginlik verə bilməyən Azərişığın nəyinə faydalıdır ?
Əksər hallarda smart sayğacların tətbiqi debütor borca görə tətbiq edilirdi. Sayğac qoyuluşunda ayrıseçkiliyə yol verilməsi, növbənöv sayğacların mövcud olması, istədiklərinə elə öncədən elektron sayğacların verilməsi də qurumun hər şeydən yaxşı xəbərdar olduğunu isbat edir.

Əlavə olaraq onu da bildirək ki, Azərişıq Bakının Xəzər rayon sakini Xəlil Həsrətovun da başına “oyun açıb”. 16 iyun 2021-ci il tarixli “AKT”ın hələ ki, icra edilməməsinin başqa adı yoxdur.
“Akt”-dan məlum olur ki, bu istehlakçı da İran istehsallı (əslində mənşəyi bilinməyən) smart tipli sayğacın varlığından əziyyət çəkib.
Xatırladaq ki, "vətəndaş məmnuniyyəti" və şəffaflıqdan dəm vuran Azərişıq sayğaclar quraşdırarkən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli (№ 327), 27 aprel 2018-ci il tarixli (№ 180) qərarlarına əsaslanır. Sənədləşmə işləri isə “ASAN Kommunal” və ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.