Neftçalanın İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb - İDDİA/MÖV QE

24-10-2021, 23:55           
Neftçalanın İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb - İDDİA/MÖV QE
Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...
Bu barədə PİA.az saytında xəbər veriblər.daha sonra yazıblar:

Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Neftçaladan PİA.az-a verilən məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini maşınla vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.

Əldə etdiyimiz məlumata görə asfalt yolun kənarı ilə şəxsi qoyunları ilə irəliləyən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir. Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəsə də polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.

Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.

Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin səraəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.
Teref.az saytı yuxarıda yazılan məsələni araşdıraraq Neftçala rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənib.

Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.

Teref.az "Trend"ə istinadən bildirir ki, məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə belə bir hadisə baş verməyib və kökündən yanlışdır.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb.

"Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək."

Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.