Nazirin şirkəti əhaliyə vaxtı keçmiş malları satmağa çalışır? - İDDİA

25-10-2021, 07:27           
Nazirin şirkəti əhaliyə vaxtı keçmiş malları satmağa çalışır? - İDDİA
Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "AZ FP CO LTD” MMC-nin ("Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırması haqda məlumat yayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən vaxtı keçmiş malları istehsalçı şirkət geri götürməli, əgər onları ikinci dəfə emal etmək imkanı varsa, emal etməli, olmazsa, məhv etməlidir. Bəs "Milla”ya aid olan 72 adda 13 tondan artıq süd məhsulunun AQTA tərəfindən məhv edilməsi nədən xəbər verir? Belə çıxmırmı ki, "Gilan” Holdinqə aid olan "AZ FP CO LTD” MMC istehlakçıların sağlamlığını təhlükə altında qoyaraq vaxtı keçmiş malları əhaliyə satmağa çalışır? Bəs bu qanunsuzluğa görə AQTA tərəfindən "Milla” süd məhsulları cərimələnibmi? Bütün bu suallara AQTA və "Gilan” Holdinqdən açıqlama gözləyirik.

Xatırladaq ki, "Milla” süd məhsulları "Gilan” Holdinqin brend mallarına aiddir və iddialara görə "Milla” süd məhsulları "Gilan” Holdinqin sahibi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fransalı xanım tanışının adı ilə adlandırılıb.

Mənbə: pia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.