Buralarda işlər QAYDASINDA DEYİL... - İTTİHAM

26-10-2021, 16:58           
Buralarda işlər QAYDASINDA DEYİL... - İTTİHAM
Sözün düzü, mediada Azərbaycan Dövlət Pedoqoji Universitetin ( ADPU ) rektoru Cəfər Cəfərov barədə hər cürə neqativ, tənqidi yazıya rast gəlmişdik. Amma…
Amma Cəfər Cəfərovun şəhid əsgərimizn IV kurs tələbəsi olan bacısından məcburən illik təhsil haqqını tələb etməsi bizi sarsıtdı.
Axı, ölkə başçısı da dəfələrlə qeyd edib ki, şəhidlərin ailə üzvləri bizə əmanətdir, cənab Cəfər Cəfərov.
Həm də 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimiz kasıb ailənin üzvü olub, ailənin yeganə çörək gətirəni olub. Ailə kirayədə yaşayır. Tələbə qızın atası xəstədir, əmək qabiliyyəti yoxdur.
Görəsən, rektor Cəfər Cəfərov bütün bunları başa düşmür?
Görəsən, Cəfər Cəfərova tələbə yoldaşı, Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığı pullar azlıq edir ?
Məlumat üçün qeyd edək ki, Cəfər Cəfərovla Əli Həsənov tələbə yoldaşıdır. Ən biabırçı hal odur ki, Cəfər Cəfərov pul qarşılığında Əli Həsənov üçün elmi məqalələr yazır. Hətta Əli Həsənovun elmi işlərini də Cəfər Cəfərovun yazdığını deyirlər.
Məlumdur ki, Cəfər Cəfərov xeyli müddət Turizm Universitetinin rektoru olub. Onun rektor təyin olunmasında Əli Həsənovun xidməti danılmazdır. Adama deyərlər tarix müəllimi hara, turizm hara ?
Sonra da Cəfər Cəfərov Allah qoymasa ADPU-ya rektor təyin olundu. Əli Həsənov PA-dan çıxarılanda onun köməkçiləri, əməkdaşları da vəzifələrindən qovuldular. Amma bir neçə gün sonra Cəfər Cəfərov həmin şəxsləri Əlinin göstərişi ilə ADPU-ya işə götürdü.
PA-dan qovurlar, ADPU-da vəzifəyə götürülürlər.
İndi gördünüzmü Əlinin və Cəfərin əməllərini.
Onsuz da Cəfər Cəfərovun əməllərindən ADPU-nun kollektivi boğaza yığılıb, onun barəsində nə qədər şikayətlər olar.
Cəfər Cəfərovun avtobioqrafiyasında qeyd olunub ki, bir vaxtlar yoxsulluğun azaldılması üzrə milli kordinator olub.
Ona görə də Cəfər Cəfərov ADPU-ya rektor təyin olunan kimi yoxsulluğun daşını atmaq və bir neçə ildə milyonçuya çevrilmək barədə düşündü.
Və rektor təyin olunan kimi nə qədər savadsız qohum-əqrəbası vardısa, hamısını doldurdu ADPU-ya.
Daha doğrusu, əvvəlcə ADPU-da çalışan savadlı, təcrübəli kadrları uzaqlaşdırdı.
Təsəvvür edirsiniz, ADPU-nun tanınmış professoru fizika fakültəsinin dekanı vəzifəsindən azad edilir və yerinə bir gün də dərs deməyən laborant Arzu Daşdəmirov təyin olunur.
Arzu Daşdəmirov kim olsa yaxşıdır ?
Cəfər Cəfərovun arvadının əmisi oğlu.
Cəfər Cəfərov sonra bibisinin nəvəsi Çinar Qaybalıyevi təsərrüfat üzrə məsul vəzifəyə qoyur.
Allah qoymasa o biri bibisinin nəvəsi 25 yaşlı Ümid Mehdiyevi maliyyə işləri üzrə prorektor təyin edir.
Bəli 25 yaşlı prorektor o qədər barıtı çox eləyir, külli miqdarda yeyintiyə yol verir ki, aləm qarışır bir-birinə.
Və Cəfər Cəfərov onun yerini dəyişir və özünə müşavir təyin edir.
Cəfər Cəfərov Ədliyyə nazirlriyindən qovulan Aydın Kərimovu ADPU-ya hüquqşünas qoyur.
ADPU-nin müəllimləri deyir ki, Cəfər Cəfərov peşəkar yalançıdır.
Eyy Cəfər Cəfərov, bundan artıq insana nə söz deyərlər ?
Hələ bu harasıdır ?
Məlumdur ki, koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri fəalliyyət göstərməyib, müəllimlər dərsə getməyib. Amma…
Amma Cəfər Cəfərov “AZƏRMƏTBUATYAYIM ASC”-yə mətbuata abunə xidməti üçün 40 min manata yaxın pul ödəyib.
Görəsən o qəzet və jurnalları kimlər oxuyub, ay Cəfər ?
Axı, ADPU-da adam olmayıb.
Bəli, Cəfər Cəfərov o pulları dostu Əlinin tapşırığı ilə köçürüb.
Ay Cəfər, o pullar sənin dədənin deyil e, tələbələrin təhsil haqqıdır. Bir şəhid bacısının 600 manat təhsil haqqını tələb edirsən, amma 40 min manatı çölə atırsan.
Cəfər Cəfərovun imtahanları biznesə çevirməsi və bu işdə köməkçisi Riyad Rüstəmlini qabağa verməsi isə başqa bir yazının mövzusudur.
Bizi izləyin. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.