Dəyişən....Əli Həsənovdur!!! - Əhməd İsmayılov onlayn medianı qəzetlərin gününə salır

2-11-2021, 00:30           
Dəyişən....Əli Həsənovdur!!! -
Azərbaycanda hakimiyyətin media siyasətinə yanaşması dəyişməsə, Əhməd İsmayılov yox, lap Mixail Saakaşvili də gəlsə, nəticəsi olmayacaq. Ona görə KİVDF-nin yerinə təsis edilən qurumun gördüyü işləri Medianın İnkişafını Tormozlama Agentliyi adlandırmaq daha düzgün olardı. Biz yalnız fiqur dəyişikliyinə şahidik, sistemdə heç bir yenilik yoxdur. Dəyişən isə prezidentin keçmiş köməkçisi Əli Həsənovdur, indi yerini Əhməd İsmayılov doldurmağa davam edirlər.
Anaxeber.info sual edir ki, əgər çap mediasına, o cümlədən aylıq 3000 manat ayrılan elektron KİV-lərə ölkədəki bahalaşmadan yazmaq yasaq olunursa, əgər müstəqil jurnalist tədqiqatına şərait yoxdursa, hətta İmişlidə baş verən binamusluq hadisəsi - 11 yaşlı qızın atalığı tərəfindən zorlanıb hamilə qalması mövzusu stoplanırsa, Əli Həsənovdan sonra dəyişən nədir?
Bu, tənqiddən və medianın müstəqilləşməsindən qorxudan irəli gəlir. Yəni 11 yaşlı qızla bağlı ictimai qəzəbin sosial hərəkata çevrilməsi, Quba və İsmayıllı hadisələrinə çevrilməsi hürküsü hökm sürür. Ona görə “yuxarı”lar dediyimiz media siyasətinin ideoloqları, az qala öz kölgəsindən də çəkinir, odur ki, mətbuatıın azadlığını buxovlama get-gedə ağırlaşır. Bəs o zaman Ə.Həsənov dövrü ilə Ə.İsmayılov dönəmi müqayisədə nə ilə seçilir?
Fərq ondandır ki, indi də Əhməd paşa və “40 harami”ləri “meydan sulayır”lar, özlərinə yaxın bildikləri, sözəbaxan saytları və Ə.Həsənov dövründən qalan və MİA rəhbərinə tapşırılan müəyyən portalları maliyyələşdirirlər, onları tədbirlərə yenə dəvət edirlər, yuxarı-aşağı demək olar ki, eyni siyahı ilə işləyirlər.
Üstəgəl, Ə.İsmayılov mediadan uzaq şəxsdir və bu sahəni dərindən bilmir. Bu uğursuz fəaliyyətin nəticəsidir ki, ötənlərdə MEDİA-da müavinlərin və Müşahidə Şurası üzvlərinin sayı azaldıldı. Çünki Ə.İsmayılovun səriştəsizliyi ucbatından kassada elə bir boşluq yarandı ki, altından çıxmaq mümkün olmadı.
Həmin ərəfədə KİV-lər də yazdı ki, icraçı direktor dost-tanışına maaş ayırıb, əvəzində faydalı iş görülməyib, sonra pullar tükənəndə Maliyyə Nazirliyinə təkrar müraciət olunub.
Bu səbəbdən bir ara mətbuata maliyyənin köçürülməsində gecikmələr olmuşdu. Heç zaman belə problemlə qarşılaşmayan ələbaxımlı media ilk dəfə bunu Ə.İsmayılovun rəhbərliyi vaxtında yaşadı. Gecikmə səbəbi KİV-lərə izah olunmadı, qurum rəhbəri isə deyəsən, Maliyyə Nazirliyinə şəxsi bankı kimi yanaşmışdı, o üzdən dost-tanışa gedən pulların qurtardığını görəndə, əlavə vəsait istəməsi yuxarıların heç xoşuna gəlmədi.
Bax, bu bacarıqsız fəaliyyətə görə müavinlər və MŞ üzvlərinin sayı azaldılmalı oldu, hətta cəza da söyləmək olar. Yəni pula qənaət edin, düzgün xərcləyin! İş orasıdır ki, bu informasiyanı tirajlayan saytlardan birinin rəhbərini xarici nömrədən votsap mesajlarla hədələməyə başladılar. O zaman Əhməd İsmayılovun fəaliyyətinin Əli Həsənovdan nə fərqi?
Əgər hər ikisi junalistləri hədələmək, təhdid etmək yolunu tutursa, bizim gələcəklə bağlı ümidlərimiz elə də çox olmalı deyil.
Beləliklə, hakimiyyətin “media islahatları” çərçivəsində yeni mənzərə bundan ibarətdir: nəinki bahalaşmadan, məişət səviyyəsində cinayətdən yazmaq da məhdudlaşıb, 45-50 sayta aylıq 3 min manat verməklə də elektron mətbuat qəzetlərin gününə salınmaqdadır, ən nəhayət, bu haqda tənqid yazanlar hədələnir, Ə.İsmayılova “gözün üstə qaşın var” demək olmaz.
Necə ki Ə.Həsənov vaxtilə bəyənmədiyi, onu tənqid edən saytları ya blokladırdı, ya qəzetləri bağladırdı, məhkəməyə verirdi, ya da bəzilərini həbsə göndərirdi. Onun gedişi ilə media mütəxəssisləri yeni bir açılım olacağının müjdəsini verirdilər.
Hakimiyyətin mətbuat siyasətində baxışın dəyişəcəyi proqnoz və vəd edilirdi, KİVDF rəhbəri Vüqar Səfərlinin həbsindən sonra ləğv edilmiş qurumun yerinə yaradılan MEDİA-dan müəyyən pozitiv gözləntilər varıydı, Əli Həsənov ritorikasından imtina ediləcəyi, yalnız ona yaxın saytlarla deyil, əksər mətbuatla əməkdaşlıq olunacağı xəbər verilirdi, intəhası, bir neçə ay ərzində bütün ümidlər suya düşdü. Məlum oldu ki, nəinki heç nə dəyişməyib, qaykalar bir qədər də bərkidilib, üstəlik, MİA 123 jurnalisti blogger hesab edərək inanılmaz səhvə yol verir, hələ bu azmış kimi onları “bogger” adlandırır, ardınca səhvlərlə dolu mətnə düzəliş edirlər. Yəni bu, mediaya aidiyyatı olmayan bəzi şəxslərin bu qurumun başına toplaşdığı təsəvvürü yaradır.
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.