Qarabağ qazisi killer axtarır ?- Ramazan Zeynalova qarşı sui-qəsd sifarişi verən Azər Nadirov kimdir ?

2-11-2021, 00:08           
Qarabağ qazisi killer axtarır ?- Ramazan Zeynalova qarşı sui-qəsd sifarişi verən Azər Nadirov kimdir ?
Kimlər Masallıda, ümumiyyətlə, ölkədə stabilliyi pozmaq istəyir ?

Son günlərin ən qalmaqallı olaylarından biri, bəlkə də birincisi Ramazan Zeynalova qarşı hazırlanan sui-qəsd məsələsidir.
Qısaca məlumat üçün qeyd edək ki, yayılan xəbərə görə, daha doğrusu, Masallı rayonundakı “Viləş” istirahət mərkəzinin mühafizə xidmətinin rəisi İkram Tahirovun dediklərindən bəlli olur ki, özünü Qarabağ qazisi kimi təqdim edən Faiq Eyvazov ona yaxınlaşaraq Ramazan Zeynalovun öldürülməsi üçün ortada 100 min manat olduğunu bildirib və xahiş edib ki, pul müqabilində bu işdə ona kömək etsin. Faiq Eyvazov onu da deyib ki, pulu və silahı verən Azər Nadirovdur.
Təfərrrüatlara varmadan qeyd edək ki, guya Faiq Eyvazovun Ramazan Zeynalovla torpaq mübahisəsi olub və s.
Birincisi, əgər tərəflər arasında torpaq mübahisəsi olubsa, bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr var. Halbuki Ramazan Zeynalov belə bir torpaq mübahisəsinin olmadığını bildirir. Hətta olsaydı belə bu mübahisə silahla çözülmür.
İkncisi, lap fərz edək ki, Faiq Eyvazov həqiqətən də müharibədə döyüşüb, Qarabağ qazisidir. Məgər Qarabağ qazisi killer-zaddır ki, kiminsə sui-qəsd sifarişinin icrası ilə məşğul olur ?
Üçüncüsü, sui-qəsdi Faiq Eyvazova “zakaz” edən Azər Nadirov kimdir ?
Bu adam Masallıda stabilliyi niyə pozmağa can atır ? Buna sifariş verən kimdir ?
Dördüncüsü, Ramazan Zeynalov açıq şəkildə deyir ki, əgər əks tərəf dediklərində haqlıdırsa, yığışaq bir yerə, lap telekanala, qoy XALQ KİMİN HAQLI, KİMİN HAQSIZ OLDUĞUNU görsün.
Biz Ramazan Zeynalovun vəkili deyilik və belə məqsədimiz də yoxdur. Amma…
Bu olaydan qan iyi gəlir, bu olaya sadə yanaşmaq olmaz.
Azərbaycanın son 1 ildə qazandığı tarixi uğurlar, ölkəmizdəki stabillik, kimlərinsə, hansısa dövlətlərinsə yuxusuna haram qatıb. Məqsəd Azərbaycandakı stabilliyi pozmaq və öz çirkin məqsədlərini həyata keçirməkdir.
Yəni bu olaya sadə bir kriminal məsələ kimi baxmaq olmaz.
Kimlərsə sifarişlə ölkədəki kriminogen durumu nəzarətdən çıxartmaq və stabilliyi pozmaq istəyirlər.
Amma unudurlar ki, ölkədə gecə-gündüz asayişin keşiyində duran Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və ən birincisi isə Ali Baş Komandan var.
Kimin kimləsə problemi varsa, buyursun dövlət qurumlarına müraciət etsin, öz problemini sivil yolla həllinə çalışsın.
Bir sözlə, bu məsələ çox suları bulandıra bilər. Ona görə də dövlət qurumları bu məsələni təcili nəzarətə götürməli və ən əsası ölkəmizdəki stabilliyi pozmaq istəyənlər layiq olduğu cəzanı almalıdır.
Ramazan Zeynalovun dediyi kimi XALQ KİMİN KİM OLDUĞUNU BİLMƏLİDİR.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.