Qıraq Kəsəmənə çəkilən yeni yol niyə çökdü?

5-05-2022, 10:14           
Qıraq Kəsəmənə çəkilən yeni yol niyə çökdü?
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol çəkilişi koordinasiya olunmadan həyata keçirilir.
Yol çəkənlər özlərini həm geoloq, həm Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, həm vulkanik-tektonik əraziləri təhlil edən mütəxəssis hesab edirlər. Belə olanda da çəkilən yol qısa müddət sonra dağılır.
Yol çəkənin funksiyası yolu çəkməkdir, FHN-in borcu ona rəy verməkdir, geoloqların işi də yerin qatını öyrənib təhlükəsizliyi və davamlılığı haqqında təhlillər aparmaqdır və s. Yəni, hərənin öz işi var. Amma bizim qurumlar fikirləşirlər ki, onlardan ağıllısı yoxdur. Ona görə heç kim heç kimin müraciətini oxumur. Yol çəkiləndə onun geoloji tərəfi öyrənilməlidir, aidiyyatı qurumların nümayəndələri orada müayinələr aparmalı, rəy verməlidirlər. Çünki bura dövlət vəsaiti xərclənir. İnanın ki, hüquq mühafizə orqanları yollarımızın çəkilişi ilə bağlı nə vaxtsa, ciddi bir araşdırma aparsa, çox sayda iş icraçısı həbs olunacaq”.
Ələddin Qarayev
Teref.az



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.