MSK sədrinin bacısı oğlu TƏFTİŞ EDİLSİN - TƏLƏB!!!

6-07-2022, 09:16           
MSK sədrinin bacısı oğlu TƏFTİŞ EDİLSİN - TƏLƏB!!!
İgid oğul dayısına oxşayar, -deyib dədələrimiz. Daha bu qədər də yox... Amma görünəni odur ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bacısı oğlu olan Apellyasiya Məhkəməsinin hakimi Rəşad Həsənov dayısına daha çox bənzəyir. Ən azından yaratdığı narahatçılıqlar sarıdan...

DİA.AZ bildirir ki, Rəşad Həsənovun hakimliyi o qədər şübhə doğurur ki, hətta şikayətçi düşən vətəndaş onun çıxardığı qərarların təftişini belə tələb edir.

Narazı vətəndaş Şəhla Piriyeva DİA.AZ-a yazır:

"Salam hörmətli dia.az əməkdaşları, Sizin daimi oxucunuz olaraq ölkəmizdə baş verən bütün məmur özbaşınalıqlarını işıqlandırdığınıza görə və əsl peşəkar jurnalist kimi qərəzsiz xəbərlər paylaşdığınız üçün bütün heyətinizə təşəkkürümü bildirirəm.
01.07.2022-ci il tarixində: "Məhkəmədən qalmaqallı qərar: Hakim öz qərarından şikayətə qadağa qoyub - Burası AZƏRBAYCANDIR! (YAZISI BURADA) xəbərini paylaşdınız. Sizin sayt vasitəsi ilə bütün aidiyyatı qurumlardan bu xəbərdə adı keçən və MSK-nın sədri Məzahir Pənahovun bacısı oğlu olan hakim Rəşad Həsənovun son 6 ay ərzində çıxardığı qərarların araşdırılmasını xahiş edirəm. Hakim Rəşad Həsənov kimə və nəyə güvənərək hüquqazidd və əsassız qərarlar çıxardıqlarını, faktlara və sübutlara göz yumub qeyri obyektiv və hansısa maraqlara, qohumluq, tanışlıq əlaqələrinə söykənən qərarlar çıxarmasını bütün aidiyyatı qurumların araşdırmasını tələb edirəm.
Araşdırsınlar və nəticəsini sizin sayt vasitəsilə vətəndaşlara çatdırsınlar".

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.