"Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti özbaşınalığı..." - EŞ-nin mühəndisi Prezidentə şikayət etdi ŞİKAYƏT

14-07-2022, 09:08           
"Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti özbaşınalığı..." -
Teref.az “Azərişıq” ASC, Sumqayıt Elektrik Şəbəkəsinin İstismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu tərəfindən Prezidentə ünvanlanmış şikayət məktubunu oxuculara təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova
surəti: Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova
surəti: “Azərişıq” ASC-nin sədri
cənab Vüqar Əhmədova
“Azərişıq” ASC, Sumqayıt Elektrik Şəbəkəsinin İstismar üzrə mühəndisi
Quliyev Anar Ələmqulu oğlu tərəfindən

ŞİKAYƏT
Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılovun növbəti özbaşınalığı


Öncədən nəzərinizə çatdırıram ki, mənim şikayətim “Azərişıq” ASC-nin, “Şimla” RETSİ, Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılov “cənabları” ndandır.
Barəsində olan çoxsaylı şikayətlərdən hələ də nəticə çıxarmaq istəməyən A.İsmayılov vtəndaşları süründürməçiliyə salmaqla məşğulur.
Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə vətəndaş-İmaməliyev Mehman Tofiq oğluna ona məxsus evə elektrik xətti çəkilməsi üçün 3 ay aydır get-gələ salınıb.
Vətəndaş M.İmaməliyevin evi lisenziyası olan “Aktiv Enerji” icraçı təşkilatı tərəfindən “çizgi layihəsi”nə uyğun dayaqlar basdırılmış və evə elektrik xətti çəkilmşdir.
Prosedur qaydalara əsassən Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov ASAN xidmətin rəhbəri cənab Fərid Əmirova xidməti məlumat yazdıqdan sonra vətəndaşın evinə sayğac qoyulur. Lakin A.İsmayılov vətəndaşı 3 aydır süründürür.
Vətəndaşın Energetika Nazirliyinin qaynar xəttinə şikayətindən sonra
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialının nümayəndələri də yerində baxış keçirmiş və görülən işlərin “Elektrik enerjisindən istifadə qaydaları” na tam uyğunolmasını təsdiq etmişlər.
Lakin Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov “burda mənəm Bağdadda kor Xəlifə” prinsipi aparır.
Arzuman İsmayılov Elektrik Enerjisindən İstifadə qaydalarına xor baxır. Bu məlumdur.
Möhtərəm Cənab Prezidentimizin xəbərdarlıqlarınamı da xor baxır ?!
Xahiş edirəm Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti özbaşınalığı barəsində tədbir görülməsində mənə yardımçı olasınız.
Öncədən Sizə minnətdaram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.