Dövlətin suyunu dədəsinin malı bilir... - GİLEY

27-07-2022, 10:48           
Dövlətin suyunu dədəsinin malı bilir... - GİLEY
Teref.az xəbər verir ki, Dünyanınsəsi.Az saytına Goranboy rayonunun Cinli-Borsunlu kənd sakini Əliyev Elmuraz Qulu oğlu tərəfindən videoşikayət göndərilib.
Şikayətşi qeyd edir ki, dəfələrlə Goranboy rayon İcra hakimiyyətinin Başçısı eləcə də Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun qəbulunda olsa belə onun 2 ha yonca sahəsinin suvarılmasına su vermirlər.
E.Əliyev bildirir ki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Cinli-Borsunlu yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərilsədə heç bir nəticəsi olmadığını bildiririr..Lakin kənd sakinlərinin şikayətlərinə baxılması barəsində şikayət olunan məmurlara həvalə olunur. Özbaşınalıq, dərəbəylik baş alıb gedir.
Redaksiya olaraq inanırıq ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov vətəndaşın su probleminin həll edib nərazılığı aradan qaldırcaqdır.

Vətəndaşın videoşikayətini təqdim edirik:



Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.