Əbülfəz Melikov sonuncu ad gününü Eldar Həsənovun İnqilabdakı restoranında qeyd elədi.... - Çəkilin, Əbülfəz müəllim ailəsi ilə gəlir...

30-07-2022, 08:24           
Əbülfəz Melikov sonuncu ad gününü Eldar Həsənovun İnqilabdakı restoranında qeyd elədi.... -
Əbülfəz Melikov neçə dəfə həbs olunub..?

Hava Limanında çalışan dostlarımızdan biri deyir ki, “Broker” Əbülfəz Məlikov Bakıya gələndə limanda bir çaxnaşma olur. Dövlət Gömrük Komitəsinin əməkdaşları hamıya deyir ki, çəkilin, öz yerinizə, görünməyin, Əbülfəz müəllim ailəsi ilə xaricdən gəlir.
Dostumuz deyir ki, heç birimizin ixtiyarı yoxdur ki, Əbülfəz Melikovun ailəsinə baxmağa. Amma əslində Əbülfəz Melikov ailəsi ilə deyil, erməni qızları ilə Bakıya gəlir. Ona görə də çalışırlar ki, qızları heç kəs görməsin.
Ümumiyyətlə, “Broker” Əbülfəz Melikov kimi tanınan “Gömrük kralı” haqqında xeyli əfsanələr dolaşır.
Aldığımız sonuncu məlumata görə, Əbülfəz Melikovla, sabiq Baş prokuror, hazırda məhbus həyatı yaşayan Eldar Həsənov arasında xeyli isti münasibətlər və şərikli işbirliyi olub.
Hətta daxil olan məlumatdan o da bəlli olur ki, Əbülfəz Melkov sonuncu təmtəraqlı ad gününü Eldar Həsənovun İnqilab küçəsində yerləşən restoranında qeyd edib.
Əbülfəz Melikov dəfələrlər saxlanılsa da sonradan hansısa qüvvə onu qısa müddətdə azad edə bilib.
Məsələn, saytların verdiyi məlumata görə, Əbülfəz Melikov bir zaman Gürcüstan polisi tərəfindən cinayət əməllərinə görə, saxlanılmışdı. Sonradan kimsə Əbülfəzin qollarını açıb buraxdı. Yəqin ki, cənab Əbülfəz Melikov “yoldaş Biranidze”ni unutmayıb.
Əbülfəz Melikovun Tbilisinin ən hündür yerində Gürcüstanın adını çəkmək istəmədiyimiz ali rəhbərlərindən biri ilə yanaşı milyonluq villası var. Mənbənin məlumatına görə, həmin ali rəhbərin villasını da Əbülfəz Melikov öz pulu ilə, yəni xalqımızdan oğurladığı pullarla tikdirib.
Ümumiyyətlə, Əbülfəz Melikovun İtaliyada oteldə, Türkiyədə istirahət mərkəzində həbs olunması ilə bağlı xeyli məlumatlar var.
Hətta Əbülfəz Melikovun başına qara torba keçirilib aparılması fotoları da sonradan saytlardan silinib.
Bütün bunlar öz yerində. Amma ən əsas məsələ bu gün Melikovun broker ordusuna daxil olan 3000 nəfərin araşdırılması, onların adına açılan saxta şirkətlərin tapılması və həmin şirkətlərin vegiyə olan milyonlarla borcunu açıb ortaya qoymaqdır.
Təsəvvür edirsiniz, Dövlət Gömrük Komitəsinin şöbə və idarə müdirləri Əbülfəz Melikovun əlinə baxıb, ondan maddi kömək istəyiblər.
Sözün qısası, Azərbaycanda Əbülfəz Melkov mifini dağıtmağın vaxtı çoxdan çatıb.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.