Abel Məhərrəmovun “El Faro”sunda rəzalət! - Qardaşların şok qiymətləri dodaq uçurur

30-07-2022, 00:03           
Abel Məhərrəmovun “El Faro”sunda rəzalət! -
Bakı Dövlət Universitetinin keçmiş rektoru, alimdən daha çox biznesmen kimi ad çıxarmış Abel Məhərrəmova aid olduğu deyilən Nabrandakı “El Faro” istirahət mərkəzində soyğunçuluq və bərbad xidmət var.

Bu haqda istirahət mərkəzinin qonağı olmuş müştərilərinin verdiyi məlumata görə, “El Faro”da tamamilə rəzalət, özbaşınalıq yaşanmaqdadır.

Bildirilir ki, ilk növbədə köhnə, qalmış yeməklər verilir. Bu da azmış kimi, həmin yeməklər baha və dodaquçuqladan qiymətədir. Müştərilər ailələri ilə istirahətə gedir, normal xidmət, təzə və isti yemək gözləyir, əvəzində stress, əsəb, rüsvayçı xidmətlə qarşılaşır.

Qeyd olunur ki, sözügedən istirahət mərkəzində günlük xidmət 200 manatdır. Bu bahalıqla yanaşı, verilən yeməklər dünəndən qalmış olur. Məlumata görə, obyekti keçmiş rektorun qardaşı Habil Məhərrəmov idarə edir. “El Faro”da personal da Məhərrəmovların qohum-əqrəbasıdır.
Bizimxəbər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.