GORANBOY RAYONU QIZILHACILI QƏSƏBƏ BƏLƏDİYYƏSİNİN SƏDRİ VƏTƏNDAŞI İNTİHAR HƏDDİNƏ ÇATDIRIB ŞİKAYƏT

22-08-2022, 00:07           
GORANBOY RAYONU QIZILHACILI QƏSƏBƏ BƏLƏDİYYƏSİNİN SƏDRİ VƏTƏNDAŞI İNTİHAR HƏDDİNƏ ÇATDIRIB ŞİKAYƏT
GORANBOY RAYONU QIZILHACILI QƏSƏBƏ BƏLƏDİYYƏSİNİN SƏDRİ Səbinə Həsənova nə səbəbə MÖHTƏRƏM CƏNAB PREZİDENTİN TAPŞIRIQLARINA RİAYƏT ETMİR?
Səsvermə yolu ilə seçilməyən bu xanım məmur GORANBOY İCRA HAKİMİYYƏTİNİN icra başçısı Məhərrəm Quliyev tərəfindən vəzifəyə təyin olunduğu üçün. SÜRÜNDÜRMƏÇİLİKLƏ ədalətsizliklə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
SURƏTİ : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova
SURƏTİ: Azərbaycan Respublikasının Ədliyyə naziri Cənab Fikrət Məmmədova
SURƏTİ : Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Əli Nağıyevə
SURƏTİ : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Xanım Səbinə Əliyevaya
SURƏTİ: Dəyərli KİV-ə, saytlara, çox hörmətli sayt rəhbərlərinə
HÜQUQLARI POZULMUŞ Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən

Ş İ K A Y Ə T
Möhtərəm Cənab Prezident!
Çox hörmətli Birinci Vitse Prezident!
Goranboy rayonu icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ona yaxın olan icra hakimiyyətinin bir qrup əməkdaşları, təyin etdiyi Qızılhacılı qəsəbə bələdiyyə sədri Səbinə Həsənova artıq mənim CANIMI BOĞAZIMA yığıblar, YAŞAMAQ istəmirəm.
2020-ci ilin dekabr ayında Qızılhacılı qəsəbə bələdiyyəsinə sədr vəzivəsinə Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev tərəfindən təyin edilən Səbinə Həsənova vəzifəli şəxs olaraq özbaşnalıqlar edərək, bələdiyyənin təlimatına uyğun deyil, icra başçısı Məhərrəm Quliyevin TAPŞIRIQLARI ilə işləyir, SÜRÜNDÜRMƏÇİLİKLƏ, ədalətsizliklə məşğuldur.
2019-cu ilin aprel ayından valideynlərimin təsərrüfatından ayrılmışam. Sabiq Qızılhacılı qəsəbə ərazi üzrə icra nümayəndəsi və sabiq bələdiyyə sədri Məzahir Allahverdiyev məni 2019-cu ilin aprel ayında aldadaraq, müəyyən vədlər vermişdilər, həyətyanı torpaq sahəsi ilə təmin etməmişdilər.
2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə Bələdiyyə sədri Səbinə Həsənovaya mənə həyətyanı torpaq sahəsi verilməsi üçün rəsmi müraciətlər etdim, iştirakım olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil etmiş, qanunsuz qərarlar çıxarmışdı.

Bununla bağlı aidiyyatı qurumlara müraciətlər etdim, Ədliyyə nazirliyinin Regional Gəncə ədliyyə idarəsində qəbullarda oldum.
15.09.2021-ci il tarixində "qondarma çıxardığı qərarını ləğv edərək", mənə torpaq sahəsinin verilməsi üçün Sənədləşmə İşinə Başlanılması qərarını çıxarmışdı.
15.09.2021-ci il tarixində çıxardığı bu QƏRARI hələ də çox təəssüflər olsun ki, bu günə kimi icra etmir, SÜRÜNDÜRMƏÇİLİK edir.
2019-cu ilin aprel ayəndan bu günə kimi vətəndaşlara verilən həyətyanı torpaq sahələrinin və elə bələdiyyə üzvləri var ki, nə səbəbə iclaslarda iştirak etməyərək iclas protokollarına imzalar etməmələrini araşdırılması üçün HÜQUQ-MÜHAFİZƏ orqanlarına, Bələdiyyələrlə İş Mərkəzinə dəfələrlə rəsmi qaydada yazıb, göndərsəm də bu günə kimi çox təəssüflər olsun ki, araşdırılmır, yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər barəsində heç bir tədbir görülmür, etdikləri əməllərə görə məsuliyyətə cəlb edilmirlər, müəyyən maraqlara görə etdikləri cinayətləri gizlədirlər.
YUXARIDA qeyd etdiklərimə görə YAŞAMAQ istəmirəm, artıq canım boğazıma yığılıb, mənə qarşı olunan SÜRÜNDÜRMƏÇİLİYİ, ƏDALƏTSİZLİYİ, HAQSIZLIĞI görməməyim üçün ÖLMƏK qərarına gəlmişəm.
İmza : Eminov Neman Bayram oğlu


Teref.az olaraq şikayətdə adları çəkilən şəxslərində fikirlərini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.