" Bemsa Comfort Ayaqqabi" və Bayıl "Bazarstor" enin arendatorları Azərbaycan qanunlarını saya salmırlar - Onlar "Biz belə işləyirik." prinsipi ilə işləyirlər

22-08-2022, 08:04           
" Bemsa Comfort Ayaqqabi" və Bayıl "Bazarstor" enin arendatorları Azərbaycan qanunlarını saya salmırlar -
"Hörmətli redaksiya sizə "Bazarstor"- da baş verən qanun poizuntularından yazmamışam. Əslində onlarıda yaza bilərdim. Amma media bu baqda çox yazıb, vaxtı keçmiş malları satmaqdan tutmuş kassalarda artıq mal çekə vurulmasından, rəflərdəki malların qiymətləri ilə kassada çekə vurulan qiymətlərin uyğun gəlmədiyinə qədər çatışmamazlıqlardan yazmaq olar. Amma mən Bayılda yerləşən "Bazarstor" supermarketinin daxilində olan, çıxşda yerləşən və supermarketdən arendaya götürülmüş (elə dedilər) şöbədə baş verənlərdən yazıram. Bu günlərdə o şöbədən bijuteriya almaq istədim və alacağım malın kartla ödəyəcəyimi dedim.Lakin satıcı xanım onların nəğdlə işlədiklərini və kart qəbul etmədiklərini dedi. Pulu verərkən çek istədim, xanım mənə onların çek vermədiklərini bəyan etdi. Deyəndə ki, axı bu qanunsuzdur, xanım "Biz belə işləyirik, hara istəıyirsiniz şikayət edin" dedi.

Bu "Biz belə işləyirik" frazası tək burda deyil.Başqa ticarət obyektlərindədə eşidmək olar. Məsələn bu gün reklamları hər yerdə göz qamaşdıran "Bemsa Comfort Ayaqqabi Nerimanov" mağazasındada eyni situasiya ilə rastlaşmışam. Ordada eyni ilə hadisə təkrar olundu."
Teref.az olaraq şikayəti araşdlrmaq üçün Bayılda yerləşın "Bazarstore" supermarketinə baş çəkdik. Xanım satıcı şikayətçiyə dediyini eynim ilə təkrar etdi. "Biz belə işləyirik!"
Aşıq Molla Cümə küçəsi 15b də yerləşən Bemsa Comfort Ayaqqabi Nerimanov mağazasındada şikayətçinin qeyd etdsiyi situasiya ilə qarşılaşdıq. Satıcı xanım aldığımız idman ayaqqabısının pulunu kartdan çılxmaq üçün kart qəbul etmədi. Çek tələbimizə isə ..."Biz çek vermirik, biz belə işləyirik!" dedilər.
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.