5 litrlik yağ 2 ayda 8 manat bahalaşdı – Şirkət səbəbini açıqladı + Video

6-10-2022, 00:12           
5 litrlik yağ 2 ayda 8 manat bahalaşdı –
“Final” yağ məhsullarının qiymətində son iki ay ərzində 8 manata yaxın artım müşahidə edilib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videoda danışan şəxs bildirib ki, 5 litrlik “Final” qarğıdalı yağının qiyməti 2 ay bundan əvvəl 29,70 AZN olub. Hazırda isə eyni məhsulun qiyməti 37,65 AZN təşkil edir.

Nəticə etibarilə iki ay ərzində 5 litrlik “Final” qarğıdalı yağının qiyməti 7,95 AZN bahalaşıb.

Qeyd edək ki, Bakıdakı iri marketlər şəbəkələrindən birində 5 litrlik “Final” qarğıdalı yağının qiyməti (bu günə olan qiymət) 37,55 AZN göstərilib.

Məsələ ilə bağlı “Final” yağlarının istehsalçısı “Azersun Holding”dən Yeniavaz.com-a bildirilib ki, məhsullarda qiymət artımı mövcuddur:

“Bu mövzu ilə bağlı nəzərinizə çatdırmaq istəyirik ki, dünyada mövcud iqtisadi halların təsiri nəticəsində il ərzində yağ məhsullarının xammalının kəskin qiymət artımı qeydə alınır. Məhsullarda qiymət artımı mövcuddur. Nəinki bu yağlarda, digər məhsullarda da mövcuddur”.
aztoday












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru