Əmrullayevə sula: "Elm və Təhsil Nazirliyinin 15 milyonluq tenderini dövlətə borcu olan şirkət necə uddu?"
8-10-2022, 13:15
Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub. Teref.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var. Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.