Təhsil nazirliyinin əməkdaşı rüşvətxorluqda İTTİHAM EDİLİR
24-05-2016, 15:33
"Biz Şamaxı Rayon Pirbəhli kəndinin ziyalıları və ağsaqqaları adından təhsil naziri hörmətli Mikayıl Cabbarova və mətbuata müraciət edib bildiririk ki,bu kənddə baş verən biyabırçı hadisəyə birbaşa səbəbkar şəxs hazırda Təhsil Nazirliyində məsul vəzifədə çalışan Veysova Səadət Əhməd qızıdır.Çünki o,həmin bu hadisədə adı hallanan Elnur İbrahimovu Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyərkən Təhsil Nazirliyinin test imtahanından kəsilməsinə baxmayaraq və bu məktəbdə onun ixtisasından ehtiyac olmadığı halda müəyyən məbləğdə pul müqabilində həmin kəndə müəllim göndərib”.
teref.az vətəninfo.az-a istinadən xəbər verir ki, bu fikirlər redaksiyaya Şamaxı rayon Pirbəhli kəndinin ziyalıları və ağsaqqaları adındandaxil olub.
Müraciətdə qeyd edilir ki, əgər həmin vaxt Veysova Səadət Əhməd qızı imtahandan keçməyən bu şəxsi qanunsuz şəkildə Pirbəhli məktəbinə müəllim təyin etməsəydi bu hadisə baş verməzdi.
"Həmdə Səadət Veysovanın belə qanunsuz hərəkətləri tək bununla bitmir.Araşdırılsa onun işlədiyi 2-3 il ərzində Elnur İbrəhimov kimi onlarla qanunsuz müəllimin imtahandan keçmədən işə qəbul olunması məlum olar.O şəxs müdir işləyərkən xeyli sayda qanunsuz hərəkətlər edib,həmin dövrlərdə təhsil şöbəsində rüşvətxorluq baş alıb gedib.Bu nöqsanlarına görə işdən çıxarılan bu şəxsin Təhsil Nazirliyində məsul bir vəzifəyə təyin edilməsi bizi çox təəsüfləndirir.Biz bir daha bildiririk ki,həmin bu iyrənc hadisəyə səbəbkar şəxs birbaşa Səadət Veysovadır.Biz inanırıq ki,hörmətli nazir Mikayıl Cabbarov bu şəxslə bağlı qərar verəcək”.
Redaksiyadan: Bir daha qeyd edirik ki.bu müraciət redaksiyamıza daxil olub və müraciətdə adı hallanan şəxslərin də mövqeini dərc etməyə hazırıq.