Ekologiya Postunda bazar açıblar - Burada telli DYP-çiləri də görə bilərsiniz...

24-05-2016, 17:15           

DYP-nin ekologiya postunun əlahiddə qanunları var. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Qeyd edək ki, Fuad Mayılovun rəisi olduğu bu DYP postu ilə bağlı bu günə qədər də müxtəlif informasiyalar yayılmışdı.

Bu dəfə isə DİA.AZ-a danışan mənbə iddia edir ki, Fuad Mayılovun özəl qanunlarla idarə etdiyi postda inspektorların günü onlara 160 manata başa gəlir: "Yəni hər bir inspektor bu qədər günlük haqq verməlidir. Təbii ki, rəisə".

Mənbə iddia edir ki, əks halda onlar işə çıxa bilməzlər: "Deməli, işə çıxmırlarsa, qazanmayacaqlar da".

Məlumatda o da iddia olunur ki, DYP-də çalışan inspektorların geyimləri, xarici görünüşləri isə nizamnamə tələbləri ilə tamamən ziddiyyət təşkil edir. Belə ki, bu postda uzun saçlı inspektorları belə görmək mümkündür: "Yəqin ki, Fuad Mayılov "razvod"a onları cəlb etmir, yoxsa polis səfi biabırçı şəkil alar".

Qarşı tərəfin də münasibətini öyrənib, diqqətinizə təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru