Prezidentə Türkiyə Diyanət Vakfı Bakı Türk Litsey ilə bağlı MÜRACİƏT EDİLDİ

24-05-2016, 19:45           

Bu gün Vətəninfo.az-ın redaksiyasına maraqlı bir müraciət daxil olub.müraciəti redaksiyamıza ünvanlayan vətəndaş qeyd edir ki, o övladı Bakı Dövlət Universitetinin nəznində fəaliyyət göstərən Türkiyə Dəyanət Vəqfi liseyinin şagirdi olduğundan məcburən adını gizli saxlayır.

Müraciəti hər hansı bir şərh vermədən olduğu kimi təqdim edirik:

-Salam Hörmətli redaksiya sizin xəbər portalınız vasitəsilə Azərbaycan respubilkasının prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti, milli məclisin deputatı, Böyük amnistiya layihəsinin müəllifi, qızıl ürək sahibi Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova, Türkiyə Dəyanət Vəqfi liseyinin sponsorlarına və Türkiyyənin Azərbaycandakı səfiri hörmətli Alper Coşkuna müraciət etmək istəyirik xahiş edirik xəbər portalınız vasitəsilə bizə köməklik edəsiniz. Sizi məlum edirik ki, Azərbaycan respubilkasında TÜRKİYE DİYANET VAKFI Genel mərkəzinin maliyə dəstəyilə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin nəzdində TÜRKİYE DİYANET VAKFI BAKÜ TÜRK LİSESİ yüksək səviyyəli təhsil sistemi ilə hər bir Azərbacanlı ailəsinin, hər bir valideyinin və şagirdlərin böyük rəğbətini qazanmışdır. Hər il TÜRKİYE DİYANET VAKFI BAKÜ TÜRK LİSESİNƏ qəbul olmaq üçün minlərlə gənc sənədlərini təqdim edərək imtahan verir və imtahandan müvəffəqiyətlə keçən şagirdlər liseyə qəbul olunur.

Hörmətli redaksiya son illər Bakı şəhəri, yasamal rayonu, mətbuat pr. 36-6 ünvanında yerləşən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən TÜRKİYE DİYANET VAKFI BAKÜ TÜRK LİSESİNİN bizi üzən çoxlu problemləri var. Belə ki, bu il bu problemlərdən biridə əlavə olundu. Liseyə hər il 4-cü, 5-ci və 8-ci sinifi bitirən şagirdlər imtahan verə bilirdilər. Lakin bu il liseyə 4-cü sinifi bitirən şagirdlər sənəd verə bilmir. Biz valideyinlərin arzusu budur ki övladlarımız bu il 4-cü sinifi bitirərək 5-ci sinifi bu liseydə təhsil almağa başlasın. Dəfələrlə TÜRKİYE DİYANET VAKFI BAKÜ TÜRK LİSESİNİN müdiri Kadir Bektaşoğluna müraciət etməyimizə baxmayaraq yer problemlərinin olduğunu şagirdlərə tədris üçün binalarında yetərincə şagird yerləşmədiyinə görə 4-cü sinifi bitirən şagirdlərin liseyə qəbulunun dayandırıldığını bildirmişdir. Halbuki, 4-cü sinifdən sonra yəni ibtidai təhsildən sonra tədrisdə yeni mərhələ başlayır. 4-cü sinifi bitirib 5-ci sinifə keçənlərin qəbuluna üstünlük verilməlidir.

Bakı şəhərində sayılıb seçilən tədrisi yüksək səviyyədə olan çoxlu liseylər var 4-cü sinifi bitirən şagirdlərin qəbulunu aparır. Lakin illik təhsil haqqı yüksək olduğuna görə təssüf ki valideyinlərin əksəriətinin gücü çatmır bu liseylərdə övladlarını oxutmağa beləki bu mənada Dəyanət Vəqfi liseyində vəziyyət yaxşıdır illik təhsil haqqı yoxdur. Biz valideinlərə çatmayan səbəb odur ki, şagirdlərin taleyi məsələsi olan yerdə bina və yaxud yer problemini həll etməyə nə mane olur?

Biz yuxarıda adını çəkdiyimiz səlahiyyətli şəxslərdən xahiş edirik bizə köməklik edin liseyin yer probleminin həllində yardımçı olun. Hal –hazırda liseyə 5-ci və 8-ci sinifi bitirən şagirdlər üçün şagird qəbulu gedir xahiş edirik bu il 4-cü sinifi bitirən şagirdlərində imtahan verərək liseyə qəbul olmalarına köməklik edəsiniz. Sənəd qəbulunun bitməsinə saylı günlər qalmışdır çox xahiş edirik 4-cü sinifi bitirən şagirdlərində sənədlərinin qəbulunda bizlərə yardımçı olun. Azərbaycan kimi qüdrətli dövlətimizin qarşısında qaldırdığımız problem mahiyyətcə çox kiçikdir hesab edirik ki, bu problemin həllində bizlərə köməklik ediləcək. Hər bir valideyin istəyir ki, övladı yüksək təhsil verən okulda oxusun belə ki biz TÜRKİYE DİYANET VAKFI BAKÜ TÜRK LİSESİSİNDƏ arzuladığımız təhsili görürük. Bircə problemimiz var ki, bu il 4-cü sinifi bitirən şagirdlərində liseyə qəbulu aparılsın.

Hörmətli redaksiya çox xahiş edirik biz valideyinlərin qaldırdığı problemlərin həllində xəbər portalınız vasitəsilə köməklik edəsiniz. Sizlərdən səbirsizliklə problemin həlli diləyilə Sağ olun! Allah amanında.


Redaksiyadan: Bakı Dövlət Universitetinin nəznində fəaliyyət göstərən Türkiyə Dəyanət Vəqfi liseyinində mövqeini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.