İcra başçısı ustaların pulunu niyə vermir? — ŞİKAYƏT
30-05-2016, 00:30
Bərdə rayon sakini Cəfərov Elgiz Əvəz oğlu redaksiyamıza müraciət edərək, başına açılmış oyunlardan, Bərdə rayonunun başçısı Vidadi İsayev və onun işçilərinin özbaşınalıqlarından danışıb. E.Cəfərov mülkündən məhrum olduğunu, ailəsinin dağıldığını, çox pis vəziyyətdə, hətta səfil həyatı yaşadığını dilə gətirib. Şikayətçinin teref.az-ya müraciətini təqdim edirik:
"Bir neçə il bundan əvvəl Bərdədə indiki icra başcısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi.
Məndə Bakıda mənimlə işləyən işci briqadasın yığıb 43 nəfərlə Öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün Bərdə rayon icra hakimiyyətinin Təmir tikinti işlərində rəhbərlik edən Mahmud məllimlə (soradan məlum olduki İcra başcısının bacanağıdı) şifahi əqd bağlayıb elə həmin gündən də görüləcək işlərin tapşırığın verdi. Şəhərin yol kənarı hasarların, mağaza dükanların, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərin bizə tapşırdı. İşin qiymətində danışıb razılaşdıq və bizi tənbehlədiki burda “kimdense pul istəməyecəksiz, bütün işlərin hesabatın icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və pulunuda məndən tələb edirsiz” dedi. İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sora bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullardada ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektden nə qədər pulumuz qaldığı siyahını götürüb getdim icra hakimiyyəti başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi. --Narahat olma Mahmud məllimi çağırıb siyahını verəcəm ona getsin bütün pulları toplasın versin. Getdik şəhər parkına orda zəng edib Mahmud məllimi çağırtdı, mən biraz kənarda idim, bunlara yaxınlaşmaq isdeyende başcının qoçuları qarşımı kəsdi və başcıya yaxınlaşmağımı istəmədi, məndə dedimki başcı özü çağırıbki pulumu alsın versin. Mənə sərt şəkildə əgər burdan uzaqlaşmasan seni içəri soxduracam, alacağın pulun üsdünüde 5300 qoyub polisden özünü qurtarasan dedi. Çıx get. Məndə ordan uzaqlaşdım, sabahı gün başcının müavin Vidadini İmanquluyevi tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqların bildirdi. Ordan uzaqlaşdım, ustalar haqların tələb etməyə başladılar, məndə məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara vereceklərimi ödədim, ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdehdə məni bildilər. O günden sonra Bərdədən uzaqlaşdım gelib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini qaytara bildim müəyyən vaxta qədər. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxtda dolların kursu 0,78 idi, sonralar bəzi ayları verə bilmədim o pul qalxıb 8000 dollar oldu, məndə məcburən keçən ilin yayıda ata evimizi satdırıb o borcu bağladım, Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsədə icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa qorxa gedib gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruc müəllimə dərdimi danışdım, oda əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin Fevral ayının 10 günü Bərdədə icra hakimiyyeti binasına girmək, başcıyla görüşmək mənə qismət oldu. Zahid məllimin şahidliyi ilə icra başcısıyla görüşdük, herşeyi olduğu kimi tekrarladım, Vidadi isayevin verdiyi cavab o olduki bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın. Qayıdıb gəldik Bakıya Zahid məllim zəng etdi başcının bacanağı olan Mahmuda, mənimlə görüşüb derdimi dinləməyin istədi. Mahmud məllim mənə zəng etdi Bakıda parkların birinde görüşdük, mən ondan haqqımı tələb etdim. Oda hansıki biz işlədiyimiz obyektlərki var, o obyekt lərdən pul ala bilmədiklərin, və o işləri icra başcısı Vidadi isayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdiki əslində o işlərin pulun dövlət büdcəsindən ayrılsada, Vidadi isayev o pulları hemin obyekt sahiblərinin və idare müdürlərinin ödeyeceyin bildirib, daha sonrada o idare müdürlərin işden qovub yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub.
İndi çaresiz durumdayam, haqqımı kimden alacağımı bilmirem, Xaiş edirəm mənə bu vəziyyətdən çıxmaqçün köməklik edəsiz.
Sonra da o idarə müdirlərini işdən qovub, yerinə öz qohumlarını qoyduğu üçün, ortada batan biz ustaların pulları olub. İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm, xahiş edirəm mənə bu vəziyyətdən çıxmaq üçün köməklik edəsiniz. Bu barədə 2 məktub cənab Prezidentimiz İlham Əliyevə, 2 məktub Daxili İşlər naziri Ramil Usubova və 2 məktub da Respublika Baş Prokuroru Zakir Qaralova yazmışam, amma heç birindən cavab yoxdur. Məktublarımı Bərdə rayon İcra Hakimiyyətinə göndəriblər…”