Vüsal Novruzov: General mundirindəki oliqarxın media sərgüzəştləri...
31-05-2016, 01:20
Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov. Ad sıravi Azərbaycan oxucusuna yaxşı tanışdır. Bu gömrük generalı ilə bağlı ölkə mətbuatında daha nələr yazılmayıb, adı daha hansı qalmaqallarda hallanmayıb? Bahalı maşın kolleksiyalarından tutmuş, Tiflis kazinolarında milyonların uduzulmasına qədər çeşidli işləkləri olub qəhrəmanımızın. Adı elə qaranlıq əməliyyatlarda hallanıb ki, normalda adam vəzifəsilə çoxdan vidalaşmalıydı. Amma...
Amma davam edir “Vüsal Novruzov əfsanəsi”, həm də daha kəskin, daha ciddi.
Vüsal Novruzov Dövlət Gömrük Komitəsində hesaba alınacaq ciddi fiqurlardandır. Əldə etdiyi kapital ona siyasi iddialar da verib.
Savash.org-un məlumatına görə, indi onun gözləri daha yüksəklərdədir – Dövlət Gömrük Komitəsinin sədri olmaq istəyir. Onun patronajlığı altında fəaliyyət göstərən media quruluşları var. Əslində həmin media quruluşları şəxsən Vüsal Novruzova bağlı deyil, sadəcə olaraq adama “hər ay filan media holdinqinə filan qədər verəcəksən” deyilib, o da verir. Amma bu da Vüsal Novruzovun mediada söz sahibi olması üçün yetərli olub. İndi onun əlinin altında digər media vasitələri da var ki, istənilən halda istədiyi adama qarşı “qara piar” kampaniyası aparmaq gücündədir.
Savash.org-a daxil olan məlumatda bildirilir ki, bir müddət öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və katibəsi olan baldızının varidatı haqda mediaya ötürülən informasiya sızıntısı həmin gücün o qədər də kiçik olmadığını təsdiqlədi. Bütün bunlar isə Vüsal Novruzova təkcə media üstünlüyü və DGK-da manevr imkanları tanımır, həm də ona düşmənlər qazandırır.
Elə o səbəbdəndir ki, hansısa saytda Vüsal Novruzovla bağlı yazı dərc olunan kimi adam mediadakı dostlarının “gününü göy əskiyə bükür”. Birinə vatsapp-da yazır ki, “öyrən gör, nə məsələdi?” Birinə telefon açır ki, “nəyin bahasına olur-olsun, yazı silinməlidi”. Digərini kabinetinə çağırıb, üstünə qışqırır ki, “araşdır görüm, yazı kimin sifarişidi?”.
Ey həşəmətli general, ey hörmətli Vüsal Novruzov, uşaqları incidib-eləmə. Bu yazı kimsənin sifarişi deyil, səmimi şəkildə bildiririk ki, sifariş olan kimi adamın adını açıq şəkildə özümüz yazacağıq.
Hə, bir məsələ də var. Kiçicik araşdırma aparmışıq, son vaxtlar mediada fövqəladə hallar naziri Kamaləddin Heydərov əməlli-başlı “vurulur”? Nə məsələdi?
“Məsələ”nin qaranlıq təfərrüatları növbəti yazıda....