Sumqayıt Zakir Fərəcovun girovudur?- Cənab prezident,Sumqayıt nə vaxt Zakir Fərəcovdan xilas olacaq?

16-01-2023, 13:33           
Sumqayıt Zakir Fərəcovun girovudur?-
Artıq neçə müddətdir saytımızda Zakir Fərəcovun Sumqayıtda yaratdığı abu hava və iş adamları ilə borc qalmaqalı ilə bağlı sil silə yazıları araşdıraraq dərc edirik.Təbii ki,bir jurnalist olaraq bu yazılara görə bizə hər tərəfli hücumlara məruz qalırıq.Hər dəfə yazıların altında Fərəcovun trolları xüsusi tapşırıqlarla hücuma keçir və başçının şəninə təriflər yağdırır ,bizi şər böhtan atmaqda günahlandırırlar.Amma biz haqq yolundayıq və dövlətimizə güvənirik.Sumqayıtda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar hələdə gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçısının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlünü az qala “böyük şəhərin padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan Fərəcov və onun komandası isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi...

Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçısına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salıb.

Araşdırmalar da göstərir ki, Sumqayıtda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Burda büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında Fərəcov və onun komandası durur. Məsələn, şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçısı bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsait xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.

Fərəcov Abşeronda başladığı qanunsuz əməlləri və özünün komandasının iş prinsipini Sumqayıtda məharətlə davam etdirir.

Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.

Həqiqətən də ölkəmizdə Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən Zakir Fərəcov kimi icra başçısı var. Fərəcov elə zənn edir ki, xan, bəy və ya ağadır. Hamıya yuxarıdan aşağı baxır, xərac toplayır, dövlətin pullarını şəxsi vəsaiti kimi mənimsəyir. Fərəcov o qədər öz həddini aşıb ki, Ölkə başçısınln yürütdüyü siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edir. Düz 3 ildir, Prezidentin “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyi həmin möcüzəni reallığa çevirən sahibkarların pullarını vermir. Bu azmış kimi, onları hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. Hətta onlar arasında xarici iş adamları da var.

Xəbər verdiyimiz kimi, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir.

Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.

Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.

Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb. Sahibkarlar qeyd edir ki,Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə sahibkarları ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik.

İcra başçısının “ölməz Kaşşey” kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxmasının sirri

Zakir FərəcovBu gün media-cəmiyyət münasibətlərində ən ciddi problemlərdən biri də inamsızlıqdır. Adamlar KİV-lərə inanmamağa başlayıblar. Buna onların haqqı var. Axı, dəfələrlə olur ki, qəzetlər və ya saytlar hansısa məmurun işdən çıxarılacağı, hətta həbs ediləcəyi barədə məlumatlar verir, amma bu məlumatlar doğru çıxmır. Bəzən, eyni adam haqqında onlarla dəfə belə proqnozlar verilir və məmur ölməz Kaşşey kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxır. Nəticədə insanlar bu tipli xəbərlərə inanmırlar.

Ölməz Kaşşeyin nağılı və ya “odda yanmaz, suda batmaz” sindromu

Amma bu, qəzetlərin günahıdırmı? Qətiyyən yox. Bu cür halların əksəriyyətində Kütləvi Informasiya Vasitələri xəbərin etibarlılığından və bu xəbərin doğurmalı olduğu nəticədən məntiqlə çıxış edirlər. Jurnalist də insandır, vətəndaşdır və əlində olan fakt ona bu məntiqi diqtə edir ki, bu hərəkətə yol vermiş dövlət məmuru daha məmur ola bilməz və o, dərhal və yubadılmadan tutduğu vəzifədən kənarlaşdırılmalıdır. Məsələn,.. Məsələn, haqqında illər uzunudur ki, bu sayaq proqnoz-ehtimallar baş alıb gedən Zakir Fərəcov. Bu yazımızda BakuPress.az olaraq araşdırdığımız şəxs odur…

İndi mənim Zakir Fərəcova bir jurnalist kimi apardığım araşdırmalarla bağlı bir neçə sualım var.

1.Cənab başçı,"dələduzluqda"ittiham etdirib,həbsə saldırdığınız iş adamı ilə niyə yenidən iş birliyinə girib bulvar tikintisini ona həvalə etdiniz?

2.Özünüzə aid bəzi adamları toplayıb "Qazi"adıyla sahibkarların qapısına toplamaqda məqsədiniz nə idi?

3.Əgər siz haqlısınızsa niyə iş adamlarının pulunu bir halda qaytarmağa razı olursunuz ki,dövlətin ayırdığı pulun 30%-i sizə çatmalıdır?

4.iş adamlarına pul əvəzi torpaq və yaxud kimsə obyekt açmağı üçün adam gətirməyi və İH-nə çatacaq "şapkaların" onlara çatacağını vəd edirsiniz?

5.Əgər haqlısınızsa niyə özünüz açıqlama vermir kimlərinsə əli ilə özünüzə "bəy tərifi"yazdırırsınız?

BakuPress.AZ-a daxil olan şikayətlərlə bağlı, eyni zamanda iş adamlarına qarşı bir İcra Başçısının qərəzli davranışlarının səbəbi bizə məlum deyil. Bu səbəbdən də mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yaxın zamanlarda mövzu ilə aidiyyəti qurumların cavabını və araşdırmasını gözləyirik və sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Şəfəq Ağacan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.