Qarabağ Qazilərinə `pul fırladan` iş adamı HƏBS OLUNDU - İDDİA

17-01-2023, 08:44           
Qarabağ Qazilərinə `pul fırladan` iş adamı HƏBS OLUNDU - İDDİA
Son zamanlar özünü iş adaml kimi qələmə verən, əslində dələduz, cinayətkar, əsl işi kimlərisə şantaj edərək pul qopartmaq olan Müqayis Verdiyev barəsində mediada ifşaedici məqalələr dərc edilir.
İndicə “Gündəlik Bakı”ya daxil olan məlumata görə, dünən günorta saatlarında dələduz iş adamı Müqayis Verdiyev həbs olunub. Ən dəhşətlisi odur ki, saxlanılan zaman Müqayis Verdiyev altını, yəni şalvarını batırıb. Hətta bu iyrənc mənzərəni özündə əks etdirən foto-faktlar da var. Yəqin ki, diqqətli oxucular, özünü ictimai-siyasi xədim, İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri kimi təqdim edən Rasim Məmmədovun saxlanılarkən asfaltın üstünü batırmağını unutmayıblar. Rasim Məmmədovdan fərqli olaraq Müqayis Verdiyev, təkcə asfaltın üstünü deyil, ətrafı iyləndirib. Şahidlərin dediyinə görə, ətraf üfunət iyi verirmiş.
Daxil olan məlumata görə, Müqayis Verdiyevin pul verib yazı yazdırdığı jurnalistlər də istintaq orqanlarına çağrılıblar. Ümumiyyətlə, sonuncu istintaq araşdırmaları zamanı bəlli olub ki, Müqayis Verdiyev 4 milyon manatdan çox pul atıb. Və pul atdıqları kimlər olsa yaxşıdır..? Bu altını batıran adam Qarabağda kişi kimi döyüşmüş, canını Vətən uğrunda qurban vermiş, Qarabağ qazilərinə, Qarabağ veteranlarına külli miqdarda pul atıb. Hələ bu harasıdır..?
Bu altını batıran adam, hətta gözdən əlillərə də pul atıb. İndi özünüz təsəvvür edin ki, bu hansı əxlaqın sahibidir. Ki, gözdən əlillərə də pul ata bilir. Apardığımız son araşdırmalara görə, Müqayis Verdiyev son zamanlar təkcə bir nəfərə 40 min manat atıb. Guya Müqayis Verdiyev hansısa vəzifəli şəxslə danışıb, zərəçəkənin tikinti obyektinə icazə almalı imiş. Amma sonda məlum olub ki, Müqayis Verdiyev həmin obyektin sahibinə 40 min atıb və obyekti qeyri-qanuni olduğu üçün söküblər. İndi həmin zərəçəkən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək Müqayis Verdiyevdən 40 min manatını və üstəlik dəyən zərəri tələb edir.
Məlumatlı mənbənin dediyinə görə, Müqayis Verdiyev qanunsuz tikililər üçün dostlarına müraciət edəndə, ona “RƏDD OL” cavabı verilir. Amma buna baxmayaraq Müqayis Verdiyev iş adamlarını aldadaraq qanunsuz tikililər üçün külli miqdarda pullar alır.
Ümumiyyətlə, Müqayis Verdiyev hətta kiməsə 5-10 manat veribsə də onun da adını hər yerdə çəkir. Məsələn, Müqayis Verdiyevin 5 min manatlıq bazarlıq məsələsi az qala mediada hər gün tirajlanır. Belə ki, Müqayis Verdiyev Prezident Administrasiyasında kim(lər)əsə 5 min manatlıq bazarlıq etməsindən basıb-bağlayır. Hətta bu 5 min manatlıq bazarlıq məsələsində Prezident Administarsiyasında çalışan Cavanşir adlı şəxsin də adını hallandırır. Guya Prezident Administrasiaysının əməkdaşı olan Cavanşir adlı şəxs 5 min mantlıq bazarlığı kimləsə bölüşüb. Və həmin şəxs bu məsələ ilə bağlı Müqayis Verdiyevin barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Ümumiyyətlə, Müqayis Verdiyevlə bağlı şikayətlər bitib-tükənmək bilmir. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev hansı yollasa, canını həbsxanadan qurtara bilirdi. Müqayis Verdiyev ən güclü radikallarla iş birliyindən danışır, onlara sponsorluq etməsini deyir, birgə avtomobil salonu işlətməsini bildirir. Yəni bu adamın yalanlarının, şantajlarının bir ucu Prezident Admnistrasiyasına, o biri ucu Dubaya gedib çıxır. Və hər dəfə də özünü sudan quru çıxarda bilir. Amma bu dəfə Müqayis Verdiyev canını qurtara bilmədi. //gundelik-baku.com//
Teref.az olaraq yazıda toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.