Ucar rayonu Qarabörk kənd sakinlərinin məktəıb dərdi - Direktor odla oynayır.. FOTO

17-01-2023, 09:04           
Ucar rayonu Qarabörk kənd sakinlərinin məktəıb dərdi - Direktor odla oynayır.. FOTO
Teref.az olaraq poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik:
Ucar rayonu Qarabörk kənd sakini Qasımov Kamil Fərhad oğlu tərəfindən

ŞİKAYƏT

Mənim uşaqlarımın təhsil aldığı Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə rəzalət yaşanır.Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdərir.Qız və oğlan şagirdlər eyni tualetdən istifadə etməli olurlar.Hətda tualetin qapısı yoxdur.Hasarları uçmaq üzrədir. Təmizlənmir deyə antisanitariya hökm sürür.Buna görə şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.Məktəbin direktoru bunları görüb bildiyi halda tədbir görmək istəmir.

Həmçinin məktəbin bir hissəsində istilik sistemi (kombi) var digər hissəsində ibtidai siniflərdə isə yoxdur.Buna görə siniflər odunla qızdırılır.Oda 2-3 gün olur 5-6 gün olmur.Həmin vaxtı uşaqlar soyuqda dərs keçə bilmirlər.
Mən buna görə bir neçə aydır ki, Elm və Təhsil Naziri Emin Əmrullayevə şikayət ərizələri ilə müraciətlər etmişəm.Ancaq heç bir tədbir görülmədi.

Qeyd edim ki, Ucar şəhər 5 nömrəli orta məktəbin binası köhnə olduğu üçün həyətində yeni məktəb binası inşa edilib istofadəyə verildi.Ancaq köhnə bina sökülmədi ki, orada ibtidai sinif şagirdlərinə acınacaqlı vəziyyətdə dərs keçirilir.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan xahiş edirəm Ucar şəhər 5 nömrəli tam orta məktəbində yeni tualetin inşa edilməsinə və ibtidai siniflərə istilik sistemi quraşdırlmasına köməklik göstərəsiniz.
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.