78 min vergi borcu olan “Bakı OTİS Lift” qanunları da pozub
21-01-2023, 08:25
"Bakı OTİS Lift” QSC statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, QSC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə irəli sürülüb. Məcəllənin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur.
İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxıalacaq.
Qeyd edək ki, qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 78 min 315 manat 97 qəpik borcu yaranıb.