Dəhhak "xan"ın “leşyeyən” əjdahası - Famil Seyidov ittiham edilir! İDDİA

23-01-2023, 00:14           
Dəhhak "xan"ın “leşyeyən” əjdahası - Famil Seyidov ittiham edilir! İDDİA
Naxçıvanın sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun “xan dedi, mən də rüşvət aldım” arqumenti ona bəraət qazandırmır və Firdövsinin “Şahnamə” əsərində Dəhhak surətini yada salır.
Firdövsinin mifik qəhrəmanı olan Dəhhak bizim müasir inancımızdakı şeytanı təmsil edir. Cəmşiddən sonra İran və Turan taxtında oturan 5-ci nəsil hökmdardır. Rəvayətə görə, Dəhhakın çiyinlərinin hər birində bir ilan və ya əjdaha var imiş. Həmin əjdahalar hər gün insan beyni ilə qidalanırmış.
Rəvayəti Famil Seyidovun arqumentinin üzərinə köçürsək, belə çıxır ki, Vasif Talıbov da müasir Dəhhak və onun çiynində bitən iki əjdahadan biri Famil Seyidov imiş. Yəqin ki, digəri də hazırda Naxçıvan MR Baş naziri vəzifəsini icra edən Səbuhi Məmmədovdur. Çünki məhz onlar vasitəsilə iş adamlarının bütün varidatı mənimsənilib və Naxçıvan iqtisadiyyatı sıradan çıxarılıb.
Dəhhak “xan”ın ən önəmli “leşyeyən”lərindən sayılan Famil Seyidovun indi seydilikdən dəm vurması və kimlərisə “ağır cəddi” ilə təhdid etməsi məntiqsizliyin və vicdansızlığın pik nöqtəsidir. Həyatını məzlumların haqq işinə həsr etmiş seyidlik hara, Dəhhakın beyin yeyən əjdahası olmaq hara? Seyidlik əmələ görədir, nəsildən gələn özəllik deyil. Adətən donqili seyidlər öz “cədd”lərini şələyib bellərinə atırlar.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.